Modern.az

Bakı-Kiyev marşrutu üzrə çarter reysləri olacaq

Bakı-Kiyev marşrutu üzrə çarter reysləri olacaq

3 Dekabr 2020, 14:25

“Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək.

 

Bu barədə Modern.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək.

 

Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

 

Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi