Arxiv
4 Dekabr 2020, 12:44 | TƏHSİL
Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək...

Azərbaycanda hərbi vəziyyət və koronavirus pandemiyası ilə əlaqədar təhsil əyani formadan distant formaya keçirilib. Hazırda da bütün təhsil müəssisələrində dərslər məsafədən tədris olunmaqdadır.

Maraqlıdır, üniversitetlər distant təhsil formasını nəzərə alıb imtahanlarla bağlı  tələbələrə hansısa güzəştlər edəcək?

Modern.az mövzu ilə bağlı universitetlərə müraciət edib:

Bakı Dövlət Universitetinin mətbuat katibi Günel Orucəliyeva:


“Bu barədə müzakirələr aparılır. Gələn həftənin ilk günlərində Elmi Şuranın iclasında bu haqqda dəqiq qərar qəbul ediləcək”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli:


“Universitetimiz tərəfindən tələbələr üçün bir çox güzəştlər nəzərdə tutulur. Qərarların hamısı tələbəyönümlü olacaq. Gələn həftə Elmi Şuranın iclasında bu qərarlar rəsmiləşəcək. Cəbhə bölgəsində yaşayan tələbələrimizə, xüsusilə diqqət yetiriləcək”.

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova:

“Keçən semestrda olduğu kimi, bu il də imtahanlar onlayn qaydada keçiriləcək. Dərsdə iştirak edə bilməyən tələblərə üçün imkanlar yaradılacaq. Həmin tələbələr üçün əlavə onlayn dərslər təşkil olunacaq. Əgər bu baş tutmasa, koronavirus səngiyəndən sonra əlavə mühazirələr təşkil olunub, daha sonra imtahana buraxılacaq. Təhsil Nazirliyinin imtahanla bağlı müvafiq qərar və tövsiyələri olur. Lənkəran Dövlət Üniversiteti də həmin qərarları nəzərə alacaq”.

ADA Universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova:

“Payız semestrı üzrə ADA məktəbi üçün 10%, ADA Universiteti üçün 15% güzəşt var idi. Universitetimizdə tədris rəqəmsallaşdırılıb və müxtəlif platformalar vasitəsi ilə imtahanlar keçirilir. Növbəti semestr üçün olacaq dəyişikliklərlə bağlı dəqiq məlumat yoxdur”.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova:


“Yaxın bir-iki günə Elmi Şura keçiriləcək, ondan sonra hansı güzəştlərin ediləcəyi məlum olacaq. Bu məsələ hər zaman universitetimizdə nəzərə alınıb”.

Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər 17 Yanvar 2021, 10:39 Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35 Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı 16 Yanvar 2021, 22:22 Gəncədə azyaşlı dəm qazından boğuldu 16 Yanvar 2021, 22:08