Modern.az

Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək”

Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək”

4 Dekabr 2020, 16:10

Azərbaycan 27 ildən sonra işğalda olan ərazilərin böyük hissəsini düşməndən azad etdi. Doğrudur, Xankəndi, Ağdərə, Xocavənd, Xocalıda hələ ki bayrağımız dalğalanmır, amma yaxın zamanlarda həmin yerlərin də Azərbaycan Ordusunun nəzarətinə keçəcəyi şübhə doğurmur.

Noyabrın 10-da  imzalanmış üçtərəfli razılaşmaya əsasən, işğaldan azad olunmuş ərazilərdə əhali tərkibi münaqişədən əvvəlki vəziyyətə qaytarılmalıdır. Erməni xislətinə bələd olan azərbaycanlılarda isə bu proseslə bağlı bəzi narahatlıqlar var. İnsanların sosial şəbəkələrdə paylaşdığı fikirlərdən aydın olur ki, ermənilərlə birlikdə yaşamağı təhlükəsiz hesab etmirlər.

 

Bununla bağlı Modern.az-a danışan sabiq polis rəisi Mahmud Hacıyev də azərbaycanlıların ermənilərlə birgəyaşayışdan narahat olduğunu təsdiqləyib.

M.Hacıyevin sözlərinə görə, azad olunmuş ərazilərin azərbaycanlı sakinləri düşünürlər ki, qonşuluqda erməni olduğu üçün hətta silahın olması vacibdir:

 


“Əslində bu səhv yanaşmadır. Qanun hər yerdə qanundur. Həmin ərazilər Azərbaycana aiddir, işğal altında olan ərazilər azad edildi və qanun həmin bölgələrə də tətbiq olunacaq. İnsanlar da birmənalı olaraq bilməlidir ki, üzərində silah daşımaq qeyri-qanunidir, cinayət tərkibli əməldir. Əgər silah aşkarlayıbsa və yaxud özününküdürsə, polis bölməsinə təhvil verməlidir. Könüllü təhvil verirsə, o zaman cinayət işi qaldırılmır. 

 

Biz Qafqaz milləti olduğumuz üçün silaha meylliyik. Amma bu meyl başqalarına təhlükə yaratmaq məqsədi daşımır. Sadəcə, özünü və ailəsini qorumaq niyyəti ilə insanlar silah əldə etməyə çalışırlar. Amma bu dövlətin polisi, qanunu var. Hamı anlamalıdır ki, silah gəzdirmək qanun pozuntusudur”.

 

M.Hacıyevin sözlərinə görə, Qarabağda yaşayan ermənilər də bu məsələdə məsuliyyət daşıyacaqlar:

“Belə məqamlar yavaş-yavaş öz həllini tapacaq. Hələ ki, bəzi ərazilərdə polis şöbələri bərpa olunmayıb. Hüquq-mühafizə orqanlarımızın fəaliyyəti Qarabağda tam bərpa olunandan sonra, bu məsələyə barədə tədbirlər görüləcək. Orada qalan ermənilər o ermənilər olacaq ki, əvvəllər də Azərbaycan ərazisində yaşayıblar. Onlar da mütləq qaydada Azərbaycan qanunları qarşısında məsuliyyət daşıyacaqlar. 

 

Bizim millət silahlananda ölkəsini, torpağını qorumaq üçün silahlanır, erməni milləti isə ziyan törətmək üçün silahlanır. Buna da cavab verəcəklər. Əlbəttə, bizim hüquq -mühafizə orqanlarımız bu məsələyə ciddi yanaşacaq. Çox güman ki, saxlanılan silahların yığılması barədə tədbirlər görüləcək. Azərbaycanda 90-cı illər müharibəsi zamanı dövlət səviyyəsində 4-5 il müddətində silahların yığılması prosesi baş tutdu. Kifayət qədər silah yığıldı. Bu proses indi də aparıla bilər”.

 

Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir