Modern.az

Bu stadiona Maradonanın adı verildi

Bu stadiona Maradonanın adı verildi

4 Dekabr 2020, 21:31

İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib.

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərəfinə "Dieqo Armando Maradona" stadionu adlandırılıb.

 

Bununla bağlı qərarı Neapoli şəhərinin rəhbərliyi qəbul edib. Sorğuda yerli bələdiyyənin bütün üzvləri dəyişikliyin lehinə səs veriblər.

"Napoli" növbəti ev oyununu dekabrın 12-də İtaliya A Seriyasının XI turu çərçivəsində "Sampdoriya"ya qarşı keçirəcək.

 

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. Argentinalı əfsanəvi futbolçu 1984 - 1991-ci illərdə "Napoli"də çıxış edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir