Modern.az

Kəlbəcərdə alban-udilərlə erməni keşişlər arasında mübahisə düşdü- VİDEO

Kəlbəcərdə alban-udilərlə erməni keşişlər arasında mübahisə düşdü- VİDEO

4 Dekabr 2020, 21:58

Bu gün Alban-udi xristian icmasının nümayəndələri Kəlbəcərdə səfərdə olublar.

 

Modern.az xəbər verir ki, onlar səfər çərçivəsində Xudavəng monastr kompleksini də ziyarət ediblər.

 

Ziyarət zamanı monastrda erməni keşişlərin də olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna icazə verildiyi müəyyənləşib. Amma Alban-udi xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb.

 

Belə ki, erməni keşişlər onların ibadətinə yalnız çəkiliş olmadan icazə veriləcəyini bildiriblər. Daha sonra mübahisə öz həllini tapıb və alban-udilər ibadətlərini ediblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?