Modern.az

Göyçayda koronavirus xəstəsi küçədə saxlanıldı

Göyçayda koronavirus xəstəsi küçədə saxlanıldı

5 Dekabr 2020, 09:08

Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Göyçay şəhər sakini Xasi Məmmədov COVİD-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub. Ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

 

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı