Arxiv
5 Dekabr 2020, 15:38 | AKTUAL
Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev

XX əsr Azərbaycan poeziyasını ötəri bir baxışla gözdən keçirdikdə keçən yüzillikdə şeirimizin öz varlığını formal-metrik baxımdan üç istiqamətdə davam etdirdiyini görürük: klassik Şərq divan şeirimizin ənənələrinə sadiq qalaraq əruz vəznində yazılan milli şeirimiz (türk əruzunda); folklordan, şifahi xalq ədəbiyyatından qaynaqlanan heca şeiri; və bir də ulu soyumuzun "Dədə Qorqud" kimi ərarəngiz mətnlərində nümunələri olan, amma sonrakı yüzillərdə arxa plana keçən, unudulan, türkün azad ruhuna xas olan sərbəst şeir (verlibr). XX əsrdə "birinci yol"da Sabir, Cavid, Səhhət, Vahid kimi nəhənglər, "ikinci yol"da isə Səməd Vurğun və Süleyman Rüstəm kimi böyük şairlər yazıb-yaratdılar. "Üçüncü yol"da ardıcıl yazıb-yaradan, özündən sonra böyük məktəb qoyan bir əsas şairimiz isə Rəsul Rza oldu.

Rəsul Rza yaradıcılığının özünəməxsus xüsusiyyətləri milli poeziyamızda yeni bir məktəbin başlanğıcından xəbər verirdi. Köhnə dünyanı yeni təfəkkürlə qavrayan  böyük şair poeziyamızda minillərlə öz klassik vəsfini tapmış həyat hadisələrinə yeni baxışları ortaya qoydu, bizim üçün onların yeni çalarlarını kəşf etdi. Çoxqatlı ifadə formaları, qəfil obrazlar  və assosiasiyalar onun poeziyasının, şairlik üslubunun açar məziyyətlərinə çevrildi. Yeni və təkrarsız üslub vasitələri və ifadə tərzi ilə Rəsul Rza Azərbaycan modernist poeziyasının başlanğıcını qoydu. 

Rəsul Rzanın bir-birindən maraqlı, dərin məna və mahiyyət kəsb edən gözəl şeirləri, poemaları var. Amma düşünürəm ki, yalnız tək "Rənglər" silsiləsini yazmaq bəs edərdi ki, o öz şair ömrünü böyük məhəbbətlə sevdiyi, yazdığı və danışdığı dilin ömrü qədər uzatsın:

           

Ağ, qara, yaşıl, sarı, qırmızı;    Hərəsi bir sınaqla bağlıdır. Biri həsrətimizi xatırladır, biri dərdimizi, biri arzumuzu. hərəsindən bir məna arayıb bir səbəb görən var. ...Rənglər xatirələr oyadır, duyğuları oyadır, Gördüyümüzdən artıq görmək istəməsək, hər rəng adicə boyadır. Rənglərin də musiqi kimi ahəngi var. Ağrının, sevincin, ümidin də rəngi var. Düşündükcə açılır, Əlvan səhifələri rənglərin.

 

"Boz" rəngdən danışan böyük şairimiz gah onu "Çoxlara qarışıb itənlər, hər torpaqda bitənlər..." deyə, gah "cansız barmaqlar arasında sönmüş siqaretin uzun külü" kimi, gah da "Boş günlər, boş ürəklər, (...)  Vərdişli, könülsüz gülüş" deyə təsnif edir.  Bunlar böyük şairin yalnız bir rənglə bağlı olan kiçik qeydləridir. Belə nümunələrin sayını hər bir rəng və bu rəngin çalarları ilə bağlı xeyli artırmaq olar. Bütün silsiləni poetik cümlələrə bölüb məna dərinliyinə varanda onun boş bir sətrinin, boş misrasının olmadığına əmin olursan. Rəsul Rza yaradıcılığında "siləcəyin", "oxumayacağın" təqdirdə yeri görünməyən bir söz belə tapmaq mümkün görünmür. Ən adi əşya və predmetlərə məxsus adi rənglərin təsvirindən başlanan fəlsəfi fikir sayıla bilməyəcək qədər çoxsaylı rəng çalarlarına qədər inkişaf etdirilir və həyatın adi gözlə görünə bilməyən əsrarəngiz çalarlarını oxucunun gözləri qarşısında canlandırır. İnsanlara həyatı sevməyi və dəyərləndirməyi təlqin edir.  

Rəsul Rza yaradıcılığı  XX əsr Azərbaycan ədəbiyyatında yeni cığır, yeni ədəbi məktəb və yeni bir hadisə demək idi. Qara Qarayev və Fikrət Əmirovun milli musiqimizdə, Tahir Salahov və Toğrul Nərimanbəyovun milli rəssamlıq sənətimizdə meydana gətirdiyi çağdaşlıq cərəyanının ədəbiyyatdakı ilk izləri məhz Rəsul Rzaya məxsusdur. Bu gün böyük minnətdarlıq hissi ilə korifey adlandırdığımız bu insanların sayəsində ölkəmiz, bütövlükdə milli mədəniyyətimiz və xüsusilə də ədəbiyyatımız həmin dövrdə dünya ilə həmahəng yaşadığımızı bizə hiss etdirirdi.

Avropalı şairlərdən biri həqiqi şairliyin düsturundan bəhs edərkən vacib şərtlərdən birincisi kimi vətənpərvərliyi qeyd edirdi. Rəsul Rza böyük şair olmaqla yanaşı, həm də vətənpərvər ictimai xadim idi. İstisnasız olaraq bütün müasirləri onun müxtəlif vəzifələrdə çalışarkən həmişə milli maraqlara əsaslanan yanaşmalarını xüsusi olaraq qeyd ediblər. Sovet-bolşevik hakimiyyətinin milli mədəniyyətlərə qarşı repressiya apardığı amansız illərdə o, kino naziri kimi Azərbaycan kinosunun inkişafına, məhz milli ideya üzərində inkişafına böyük xidmətlər göstərmişdir. Həmin illərdə kinoteatrlarımızın adlarının yad ayamalardan xilas olub milli adlar alması da məhz onun şəxsi təşəbbüsü və cəsarəti sayəsində mümkün olmuşdu. Onlarca gənc istedadlı ədibin sistemin bolşevik qafalı ünsürlərinin hücumlarından xilas olunması da Rəsul Rzanın mərdliyi və vətənpərvərliyi sayəsində, öz xalqına məhəbbəti və qayğısı ilə baş verirdi. İlk Azərbaycan Ensiklopediyasının yaradılması və sistemləşdirilməsi isə onun öz xalqı qarşısında ən böyük xidmətlərindən biri idi.

Millilik "cığırından" kənara çıxan hər bir "yenilik" Rəsul Rzanı narahat edirdi. O söz sənətinin milli düşüncəyə və milli təfəkkürə həlledici təsirini yaxşı dərk edir və buna görə də dilimizə keçən yeni sözlərin milliləşdirilməsi, onların qarşılığının tapılması və yeni milli sözlərin yaradılmasına xüsusi həssaslıqla yanaşırdı. Ədəbiyyat tarixindən də yaxşı məlumdur ki, yeni sözlərin dildə yaşarılığını təmin etməyin ən yaxşı üsulu onları şeirdə "sınaqdan keçirmək"dir və böyük şair bu istiqamətdə də öz səylərini əsirgəmirdi.

Bu gün Rəsul Rza deyəndə "Bəbək", "Qızılgül olmayaydı", " Füzuli", "Son gecə" poemaları, "Rənglər" və "Dəniz" poetik silsilələri, "Vəfa" və "Görüş" pyesləri, yüzlərlə bir-birindən maraqlı şeirlər, Azərbaycanın musiqi xəzinəsini zənginləşdirən "Üzüyünün qaşı firuzədəndir", "Gözlərin aladır, yar", "Sənə də qalmaz", "İnsaf da yaxşı şeydir", "Bakı" və onlarca başqa gözəl mahnılar yada düşür. Bu əsərlərin bəziləri öz populyarlığı ilə artıq Azərbaycan sərhədlərini aşaraq qardaş ölkələrdə insanların qəlbinə yol tapıb. Belə gözəl söz və sənət incilərinin bütün türk dünyasında təbliğ olunması düşüncə və təfəkkür meyarlarımızın yaxınlaşmasına və türk dünyasında ortaq mədəniyyətimizin universallaşmasına və bütövləşməsinə xidmət edir. Daha öncə qardaş Türkiyədə dərc olunan "Təmrin" dərgisinin Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə və Mikayıl Müşfiq kimi böyük Azərbaycan ədiblərinə həsr edilmiş xüsusi sayları işıq üzü görmüşdü. Bu gözəl ənənənin davam etdirilməsi və bu dəfə "Təmrin" dərgisinin özəl bir sayının böyük şairimiz Rəsul Rzaya həsr olunması da olduqca əlamətdar bir hadisədir. Bu nəcib fəaliyyəti həyata keçirən bütün dostlarımıza və məsləkdaşlarımıza, bir də  böyük Türk Dünyasına sevgi və sayqılarımla dərin minnətdarlığımı bildirirəm.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat 26 Yanvar 2021, 10:27 Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR 26 Yanvar 2021, 10:24 Deputat şəhid ailələrinə və qazilərə baş çəkib - FOTO+VİDEO 26 Yanvar 2021, 10:22 Pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər 26 Yanvar 2021, 10:18 Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29 İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək 26 Yanvar 2021, 00:17 Teledərslərin bu günə olan CƏDVƏLİ 26 Yanvar 2021, 00:01 “Fənərbaxça” 3 xalı 3 qolla qazandı 25 Yanvar 2021, 23:50 Putin prezidentlikdən sonra çalışacağı sahəni açıqladı 25 Yanvar 2021, 23:38