Arxiv
6 Dekabr 2020, 13:13 | REPORTAJ
Vətən Müharibəsinin danışan ŞƏKİLLƏRİ

İşğalçı Ermənistanla apardığımız 44 günlük Vətən Müharibəsində üçtərəfli bəyanatla atəşkəs razılaşması imzalandı... Rəşadətli Azərbaycan Ordusu bu müddətdə imkansız olanı etdi. İllərdir düşmən tapdağı altında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndlərini işğaldan azad etdi.

Vətən Müharibəsindəki qalibiyyət Azərbaycan oğullarının qanı bahasına başa gəldi. Bu şərəfli mücadilədə qanı torpağa qarışan minlərlə şəhid və qazilərimiz var...

2783 şəhid.., 100 nəfərdən artıq itkin.., 1245 nəfər yaralı...

Ancaq mübarizə hələ bitməyib... Qarşıda bizi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran gözləyir...

Heç şübhəsiz, Azərbaycan dövlətinin aparacağı uğurlu diplomatiya siyasəti bayrağımızın Xankəndində də dalğalanması ilə nəticələnəcək...


Bu müharibə heç zaman unudulmayacaq hadisələrlə yadda qaldı, Azərbaycan əsgəri dastan yazdı, ölkə ictimaiyyəti vahid yumruq tək birlik nümayiş etdirdi... Şəhid ailələri canını Vətən yolunda qurban verən oğulların itkisinə yanıb-yaxılsa da, “Təki Vətən sağ olsun!” dedi...

O oğulları böyüdən analar övladları Vətən uğrunda şəhid olduğuna görə qürur hissi keçirdiklərini, fəxr etdiklərini söylədilər... 

Biz bu müharibə dövründə hətta iki oğlunu itirən ananı belə, ah-vay eləyən görmədik... Hamısı başını dik tutmuşdi... Övladı, həyat yoldaşı Vətən uğrunda döyüşlərdə həlak olmuş qadınlar gördük ki, tabutu çiyinlərinə alıb, şərəflə daşıdılar...

Vətən Müharibəsindən geriyə qalan həm də şəkillər oldu... Danışan şəkillər...

Modern.az saytı Vətən Müharibəsinin bəzi danışan şəkillərini bir daha diqqətinizə təqdim edir...


Günlərdir xəbərini gözlədiyi ŞƏHİD oğlunu qarşılayan ATA...


Vətən Müharıbəsində oğlu Cavidin tabutunu daşıyan Səkinə ana...


Gəncənin bombalanmasından sonra dağıntılar altındakı evindən sağlam qalan əşyaları çıxarmağa çalışan özü kiçik, amma dağ boyda ürəyi olan uşaq...


Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov... Doğulduğu Qubadlı rayonunun Armudlu kəndini şəhid olmazdan öncə gördü, kəndlərində pirə nəzir qoydu və vətənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu..


Topçu Vüsal...


Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şəhid olan Röyal Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova: “Bu mənim son borcum idi”.


Azərbaycan bayrağı 27 il sonra yenidən Xudafərində... Hərbçilərimiz Ali Baş Komandana raport verir...



Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əiyeva işğaldan azad olunmuş Xudafərin körpüsündə...


Şuşaya bayraq asan qalib əsgər...


Kəlbəcər... Məğrur Azərbaycan əsgəri rusiyalı sülhməramlılarla dövlət sərhəddinin keçdiyi ərazidə danışıq aparır...


Şəhidlər ölməz, Vətən bölünməz...


Üzündən yaralanmış polkovnik Coşqun Məmmədov... Əsgərlərini meydanda qoyub geri - tibb məntəqəsinə qayıtmayan cəsur zabit...


Şuşa... Könüllü olaraq döyüşlərə qatılmış həkim - Ağa Ağazadə qalibiyyəti erməni hərbi cani Vazgen Sarkisyana qoyulmuş abidənini üzərində qeyd edir...


Şuşa qalasında ölməz Şəhidlərimizin xatirəsinə qəhrəman Əsgərlərimizin sayğı duruşu!


Qardaşı Elton Qəmbərli və həyat yoldaşı Adil İbrahimlini şəhid verən Nargül İbrahimli...


Arazın o tayından bu tayındakı müharibəni həyəcanla izləyən güneyli soydaşlarımız...


Qalib əsgər... Şuşa qalasında selfi...


Bir ayağını itirmiş qazi şəhidləri anır...


Zəfər zabitləri... Hərbi birlik komandiri general-mayor Mayis Bərxudarov və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun polkovniki, xüsusi təyinatlıların komandiri Tehran Mənsimov...

Ermənistan hərbçilərinin boş qalmış dəbilqələri... “France-Presse” agentliyinin (AFP) Dağlıq Qarabağ barədə reportajında istifadə olunmuş şəkil…

 A.Qorxmaz
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53 Vətən Müharibəsində həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyən edilib  21 Yanvar 2021, 15:50 Sahara səhrasına qar yağdı – FOTO 21 Yanvar 2021, 15:45 Xanlar Vəliyev: Hərbi prokurorluqda kadr islahatları aparılıb 21 Yanvar 2021, 15:40 Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlandı 21 Yanvar 2021, 15:34 “Universitetlər  dövlət və cəmiyyətin arxasınca sürünür” - Rektor 21 Yanvar 2021, 15:28 Eldar Quliyevin kitabı türk dilində nəşr olundu 21 Yanvar 2021, 15:22