Bu gənc və gözəl xanım sonuncu Qacar hökmdarı Əhməd şahın qızı İranduxt Qacardır (1916-1984). Əhməd şah stress və xəstəliklərdən 32 yaşında ölsə də, qısa həyatı boyu beş dəfə evlənməyə macal tapmışdı. İranduxtun anası Bədr əl-Mülk də Qacar soyundan Abbas Mirzənin nəticəsi idi.
Qalib hökmdarın məğlubiyyətə uğratdığı rəqibinin arvadına, qızına, bacısına evlənməsi ənənəsi Şərq ölkələrində XX əsrin əvvəlinə qədər davam edib. Orta əsrlərdə belə hallar Qərb dünyasında da az yayılmamışdı.
Gənc türklər inqilabının liderlərindən biri, sadə ailədən çıxmış Ənvər bəy – Ənvər Paşa hakimiyyətə yiyələnəndən sonra Osmanlı hökmdarı I Əbdülməcidin nəvəsi Naciyə Sultanla nikaha girmişdi.
Azərbaycan bolşeviklərinin tanınmış nümayəndəsi, respublika Hərbi İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov isə Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin qızı Tamara ilə evlənmişdi. Bəzi məlumatlara görə, hakimiyyətdən sərməst olan gənc Mirzə Davud 19 yaşlı Tamara ilə münasibətlərinə sadəcə flirt kimi baxırdı. Lakin Nəriman Nərimanovun sərt xəbərdarlığından sonra özünü yığışdırmış və normal ailə qurmuşdu.
İranda Qacarların 130 illik hakimiyyətinə son qoyub Reza şah Pəhləvi adı ilə taxta çıxan fars kazak alayının polkovniki Reza xanın dörd zövcəsindən axırıncı ikisi Qacar prinsessası idi. İkinci arvadı, vəliəhdin anası Tacül-Mülk (Nimtac xanım Ayrımlı – o da əslən Azərbaycan türkü idi) bir dəfə istehza ilə demişdi ki, Reza şah Qacar kişilərinə qalib gəlsə də, Qacar xanımlarına məğlub oldu.
Oğlu Məhəmməd Rza da atasının yolu ilə gedərək, Əhməd şahın qızı, İsveçrədə tanış olduğu İranduxt ilə evlənmək fikrinə düşmüşdü. Devrilmiş şahın qızı hakimiyyətdə olan şah oğlunun sevgisinə inanıb İrana qayıtmışdı. Lakin Reza şah bu izdivaca razılıq verməmişdi.
Atatürkün də məsləhəti ilə sülalə nikahını daha məqbul sayıb gücünə güc qatmaq məqsədi ilə oğlunu Misir kralı I Faruqun bacısı Fevziyə ilə evləndirmişdi.
Atasının ölümündən (1944) və Fevziyə ilə boşanandan sonra Məhəmməd Rza şah yenidən İranduxta elçi düşmüşdü. Həmin dövrdə İranduxt da ərindən ayrılmışdı və üç övladını təkbaşına böyüdürdü. Amma indi də vüqarlı qadın bir dəfə vəfasızlığını gördüyü şahın təklifini rədd etmişdi.
Vilayət Quliyev
18 Dekabr 2020, 22:38 | ƏDƏBİYYAT
Qaliblərin məğlub rəqibinin arvadına, qızına, bacısına evlənməsi ƏNƏNƏSİ

Bizi sosial şəbəkələrdə izləyin
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv



















_179_773.jpg)























Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu
21 Yanvar 2021, 18:10
İndoneziyada 7,1 bal gücündə zəlzələ olu
21 Yanvar 2021, 18:02
Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI
21 Yanvar 2021, 17:56
Pakistan ballistik raketini sınaqdan keçirdi
21 Yanvar 2021, 17:50
Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI
21 Yanvar 2021, 17:45
Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır”
21 Yanvar 2021, 17:39
Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu
21 Yanvar 2021, 17:35
Baydenin komandasında kimlər var? - SİYAHI
21 Yanvar 2021, 17:29
Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI
21 Yanvar 2021, 17:23
Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək
21 Yanvar 2021, 17:17
ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu
21 Yanvar 2021, 17:14
Bu günün yoluxma sayı - ölüm azaldı
21 Yanvar 2021, 17:08
Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb
21 Yanvar 2021, 17:02
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində
21 Yanvar 2021, 17:00
O dünyadan xəbər var...
21 Yanvar 2021, 16:56
Lavrov ATƏT-in sədri ilə görüşəcək
21 Yanvar 2021, 16:54
Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi
21 Yanvar 2021, 16:48
Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev
21 Yanvar 2021, 16:42
Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
21 Yanvar 2021, 16:36
Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq
21 Yanvar 2021, 16:30
Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq
21 Yanvar 2021, 16:24
İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL
21 Yanvar 2021, 16:18
İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB
21 Yanvar 2021, 16:15
“Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz
21 Yanvar 2021, 16:12
Füzulinin Dördçinar kəndindən VİDEO
21 Yanvar 2021, 16:06
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
21 Yanvar 2021, 16:00
Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb
21 Yanvar 2021, 15:55
Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər
21 Yanvar 2021, 15:53
Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev
21 Yanvar 2021, 15:53
Vətən Müharibəsində həlak olmuş 2858 nəfərin şəxsiyyəti tam müəyyən edilib
21 Yanvar 2021, 15:50
Sahara səhrasına qar yağdı – FOTO
21 Yanvar 2021, 15:45
Xanlar Vəliyev: Hərbi prokurorluqda kadr islahatları aparılıb
21 Yanvar 2021, 15:40
Qazinin adına yardım üçün açılan bank hesabından pul oğurlandı
21 Yanvar 2021, 15:34
“Universitetlər dövlət və cəmiyyətin arxasınca sürünür” - Rektor
21 Yanvar 2021, 15:28
Eldar Quliyevin kitabı türk dilində nəşr olundu
21 Yanvar 2021, 15:22









