Arxiv
22 Dekabr 2020, 09:17 | ƏDƏBİYYAT
Qələbə uğrunda həlak olmuş şəhidlərin panteonunda - Vəfa Quluzadə haqqında ESSE

Eldar Namazov

Vəfa Quluzadə haqqında bu esseni yazmağa başlamaq mənim üçün çətin idi, özüm də başa düşmədim ki, niyə. Günlər keçirdi, dostlar tələsdirirdilər, ancaq özümü kökləyib işə başlamaq mümkün olmurdu. Nəhayət başa düşdm ki, məni içəridən dayandıran nədir: Vəfa Quluzadə nadir olan bütöv bir insan idi – yüksək peşəkar, təcrübəli diplomat, öz xalqının və ölkəsinin vətənpərvəri, eyni zamanda çox ziyalı, alicənab, xoşməramlı bir insan idi. Səni narahat edən məsələləri – dünya geosiyasətindən tutmuş hansısa şəxsi xarakterli məsələlərə qədər hər problemi saatlarla onunla müzakirə etmək mümkün idi. Ona görə də əvvəldən başa düşə bilmirdim ki, Vəfa haqqında məhz nələri demək istəyirəm.


O, necə təcrübəli diplomat idi? Bunu hamı bilir. Hansı öncəgörən fikirlər söyləyirdi? Türkiyə-Azərbaycan hərbi ittifaqının vacibliyi barədə, məsələn? Bu barədə də hamı oxuyub, bilir.


Və anladım ki, ən yaxşısı hamının bilmədiyi şeylər haqda yazmaqdır. Daha doğrusu - Dost haqda danışmaq. Çünki belə bir hissi yaşamaq, bu gözəl insanla dostluq etmək hər kəsə nəsib olmayıb.


Biz Heydər Əliyev komandasında çalışarkən Vəfa Quluzadə ilə sıx ünsiyyətə başlamışdıq. O, prezidentin xarici siyasət üzrə müşaviri idi, köməkçi kimi mənə isə prezident xarici siyasət məsələlərini də kurasiya etməyi tapşırmışdı. Ona görə də özünəməxsus prezidentin yanında "işgüzar birlik" formalaşmışdı - biz praktiki olaraq gündəlik rejimdə xarici siyasət məsələlərini müzakirə edirdik, vacib qərarların qəbulu tələb olunduqda isə bu müşavirəyə xarici işlər naziri də qoşulurdu.


Mən hətta bunun necə baş verdiyini xatırlaya bilmirəm, amma qısa bir müddətdən sonra məndə elə bir hiss yaranmışdı ki, sanki Vəfa ilə illərdir tanışıq, uzun illərdir dostluq edirik. Bu, insani münasibətlər baxımından təəccüblü idi - nə o, nə də mən öz qəlbini və hisslərini kənar adama asanlıqla açan insanların sırasına daxil deyildik. Amma Vəfa ilə başqa idi. Hətta prezidentin heç bir tapşırığı, ümumi iş olmasa belə, qəflətən qapı xəbərdarlıqsız açılırdı və kandardan səs gəlirdi: "Elik, salam. Gəldim çay içməyə". Dərhal otaq yeni xoş ovqata bürünürdü. Bilmirəm, bəlkə də bu, sadə xalq deyimi var “taylı tayın tapdı”, həmin o anlar idi.


Tədricən məlum olurdu ki, biz bir çox məsələlərə eyni cür baxırıq – nəinki xarici siyasət məsələlərində, həm də bizi əhatə edən cəmiyyətdə, insani münasibətlərdə. Bizdən birimizə dəstək lazım olanda bu barədə xahiş və ya işarə etmək gərəkmirdi, hər şey öz-özlüyündən gəlirdi. Yadımdadır, Vəfa Quluzadəyə qonşu ölkələrdən birindən təzyiqlər vardı, bu ölkənin səfiri hətta prezident Heydər Əliyevə Vəfadan şikayət etmişdi. Elə həmin gün mən KİV-ə müsahibə verdim və dostumun mövqeyini dəstəklədiyimi bildirdim. Səfirin kefi çox pozuldu –prezidentə müşavirdən şikayətə getmişdi, köməkçidən daha betərin aldı. Radiostansiyaların birində birbaşa efirdə opponentimlə sərt polemika zamanı gözlənilmədən Vəfa verilişinə telefon edərək opponentimin “dərsini verdi”, onun nə qədər haqlı olmadığını izah etdi.


Əlbəttə, hər bir insan özünə görə unikaldır, əvəzsizdir. Bizim də zövqlər və maraqlarla bağlı bəzi "fikir ayrılıqlarımız” vardı. Məsələn, mən danışırdım ki, bizim gənc şahmatçı nə gözəl oynadı, qazandı və biz Avropa çempionu olduq, o da məni diqqətlə dinləyirdi və cavab verirdi: səhərə qədər yatmadım, ABŞ-dan birbaşa efir gözləyirdim, orada boks üzrə turnirin finalı vardı və məsələni bilən kimi izah edirdi ki, onun sevimlisi son raundda rəqibini nokaut edə bilib. Peşəkar boksun böyük həvəskarı (Vəfa gəncliyində boksla məşğul olub) kimi o, hansısa xarici siyasət məsələləri ilə bağlı mənə tez-tez deyirdi: "Elik, vurmaq lazımdır, rəqib açıldı!». "Yaxşı, ağsaqqal vuracağıq", mən gülürdüm və bununla bağlı informasiya cavabı hazırlayırdım.


Hətta bizim son görüşümüz də sanki bu dostluğun rekviyemi idi. Müsahibə üçün “Turan” agentliyinə dəvət olunmuşdum. Gələndə jurnalistlər dedilər ki, sizi burada dostunuz gözləyir. Sən demə, elə həmin gün Vəfa Quluzadə də “Turan”a gəlib (o, tez-tez oraya gedirdi, bu agentlikdə onun çoxlu dostu vardı). Biləndə ki, mən müsahibəyə gələcəm, məni gözləmək, söhbət etmək istəyib. Bir az söhbət etdik, onun sözlərində ya əhval-ruhiyyəsində nəsə məni narahat elədi. Səhhətini soruşdum. Dedi, narahat olma, yüngülvari əhvalsızlıqdır. Təklif elədim ki, onu harasa şəhərdən kənara aparım, daha çox oturaq, eynimiz açılsın.
"Həftəsonu, Elik. Bu gün evə gedim dincəlim" dedi. Həftəsonu telefon etdim. Dedi, deyəsən, yağış yağacaq, bir-iki gün gözləyək, hava açılsın. Bir neçə gündən sonra isə qəfil acı xəbər gəldi - Vəfa artıq yoxdur...


Əgər o, böyük diplomat, ölkəmizin dövlət xadimi olmasaydı belə, onun ölümü mənim üçün çox böyük itki olardı. Dost itkisi. Ancaq onun gedişi daha çox ağrıdırdı, çünki biz hamımız - həm ölkə, həm dövlət, həm də onu yaxından tanıyanlar böyük və doğma insanı itirdik.


Dekabrın 10-da Qələbə Paradına baxarkən də bu barədə düşünürdüm... bütün hallarda bu, çox ədalətsizdir, Qarabağda qələbə üçün özünü fəda edən insanlar bu parlaq Qələbə gününü görmədilər.


Allah rəhmət eləsin! Mənə görə Vəfa Quluzadə həmin panteonda, Vətənimizin müdafiəsi uğrunda öz həyatını qurban vermiş şəhidlərimizin yanındadır...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24 Azərbaycanla Türkmənistan daha da yaxınlaşdılar - Təhlil 21 Yanvar 2021, 19:19 Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu 21 Yanvar 2021, 19:10 Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00