Modern.az

Rüstəm İbrahimbəyovun “Əsgərə məktub”u

Rüstəm İbrahimbəyovun “Əsgərə məktub”u

24 Dekabr 2020, 11:14

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Modern.az
 saytı “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə tanınmış kinorejissor Rüstəm İbrahimbəyov “Əsgərə məktub” yazıb:

“Azərbaycan əsgəri, Qələbə sevincini bizə yaşatdığınız üçün təşəkkür edirəm. Hazırda müharibənin siyasi fazası başlayıb. Buna baxmayaraq, sənin üzərində böyük yük var. Sən 44 gün ərzində vətəni qəhrəmancasına qorudun! Bu gün də qoruyursan. Tanrı səni qorusun, Azərbaycan əsgəri! 

Biz sizin sayənizdə torpaqlarımızı mənfur düşmənlərdən geri aldıq. Biz Qarabağa qayıtmaqla bağlı ümidsiz idik. Amma sizin şücaətiniz, yumruğunuz ümidlərimizi özümüzə qaytardı.

Mən ölkədən kənarda yaşayıram. Böynubükük idim. Qarabağsızlıq dərdi vardı. Yaşım da az deyil. Bu yaşda Qarabağın azadlığını görə bildim. İndi isə qamətim dik gəzirəm və sənə dua edirəm, mənim əsgərim! Allahdan sizlərə can sağlığı arzulayıram. İnşallah sağ-salamat qayıdarsınız.

Torpağımız uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Yerləri behişt olsun”.


Fidan İlqarqızı

 ***

Anarın “Əsgərə məktub”u...
Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u
Afaq Məsudun “Əsgərə məktub”u

İsa Qəmbərin “Əsgərə məktub”u
Fərhad Bədəlbəylinin “Əsgərə məktub”u
Fəxrəddin Manafovun “Əsgərə məktub”u
Rasim Balayevin “Əsgərə məktub”u

Yalçın Rzazadənin “Əsgərə məktub”u
Firəngiz Əlizadənin “Əsgərə məktub”u

Fikrət Qocanın “Əsgərə məktub”u
İlyas İsmayılovun “Əsgərə məktub”u...
Aygün Bayramovanın “Əsgərə məktub”u  

Alim Qasımovun “Əsgərə məktub”u
Akif İslamzadənin “Əsgərə məktub”u
Bahar Muradovanın “Əsgərə məktub”u  

Nəzakət Teymurovanın “Əsgərə məktub”u  
Rəşid Mahmudovun “Əsgərə məktub”u  
Ramiz Abutalıbovun “Əsgərə məktub”u 
Cavanşir Quliyevin “Əsgərə məktub”u 
Yaqut Abdullayevanın “Əsgərə məktub”u 
Yaqub Məmmədovun "Əsgərə məktub"u  
Səkinə İsmayılovanın “Əsgərə məktub”u 
Polad Həşimovun anasının “Əsgərə məktub”u  
İbad Hüseynovun “Əsgərə məktub”u 
Etibar Məmmədovun “Əsgərə məktub”u 
Topçu Vüsalın atasından “Əsgərə məktub” 
Ombudsmanın “Əsgərə məktub”u 
Fidan Qasımovanın “Əsgərə məktub”u

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır