Arxiv
29 Dekabr 2020, 13:01 | MÜSAHİBƏ
“İstərdim ki, Xocalı aeroportuna onun adı verilsin” - Əlif Hacıyevin bacısı

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Əlif Hacıyev qəlbi daim vətən sevgisi ilə alışıb-yanan igidlərdən olub.
Xocalı Aeroportunun komendantı olmuş Əlif Hacıyevin qəhrəmanlığı heç vaxt unudulmayacaq.

Əlif Hacıyev sağ olsaydı, uğrunda canından keçdiyi Qarabağın düşmən tapdağından azad olunması xəbərini eşitsəydi, hansı hisləri keçirərdi?

Bacısı Şükufə xanım Modern.az saytına müsahibəsində qardaşı və Xocalı ilə bağlı xatirələrindən danışıb:

- Şükufə xanım noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları arasında Qarabağda gedən müharibənin dayandırlması ilə bağlı üçtərəfli bəyanat qəbul edilib. Həmin bəyanata görə, Xocalı sakinləri də doğma torpaqlarına qayıtmalıdırlar. Bu xəbəri eşidəndə hansı hisləri keçirdiniz?

- Yurd-yuvasından, vətənindən, yerindən didərgin düşən bir insan hansı hisləri keçirməz ki?! Çox sevindim. Lakin digər tərəfdən də kədərli idim. Çünki torpaqlarımızın alınması uğrunda minlərlə oğullarımız şəhid olub, sağ qalanlar arasında da çoxlu yaralılar var. Bununla yanaşı, itkinlərimiz də var. Bunlar hamısı bir yana, torpaq, vətən itkisi heç nəyə bənzəmir. 32 ildir ki, mən Bakıdayam. 32 ildir, hər gün elə bilirəm, oraları yuxumda görürəm. Neçə illərdir Bakıda yaşamağıma baxmayaraq, heç Bakını yuxum da görməmişəm. Həmişə Xocalını, Xankəndini yuxumda görürəm. Oraların xəyalı ilə yaşayıram. Sonuncu dəfə oradan çıxanda mənim 36 yaşım var idi.  Qismət olarsa, yəqin ki, gedərik. Qismət olmasa, övladlarım oraları görər.


Torpaqlarımızın azad olunma xəbərini televiziyadan eşidirdim. Hər gün hər dəqiqə bu xəbərləri gözləyirdim. Səhərə qədər televiziyanın qarşısında olurdum. Bəzən sevincimdən elə möhkəm qışqırırdım ki, bir an elə bilirdim başıma hava gəlib. Qalxıb televiziyanın ekranından bu xəbərləri bizə verən cənab prezidentin üzünü öpürdüm. Mənim sevincimin həddi-hüdudu yox idi.
Mən qələbə gününüm səhəri Şəhidlər Xiyabanına getdim. Qardaşımın məzarına dedim ki, gözün aydın olsun. Uğrunda canından keçdiyin torpaqlarımız artıq azaddır. Ruhun şad olsun!

Məni tanıyanların hamısı Xocalıya qayıda biləcəyimiz barədə xəbəri eşidən kimi zəng vurub təbrik edir, “gözün aydın” deyirdilər.
Hər rayonumuz, kəndimiz alınanda mən ağlamışam.


- Xocalı ilə bağlı xatirələrinizdən danışın....


- O günlər çox dəhşətli idi. Əsasən acılı xatirələrdir... Xocalı hadisəsində bir qardaşım itkin, atam isə əsir düşdü. Qardaşım Əlif şəhid oldu. Digər bir qardaşım Rza bir həftə sonra gəlib çıxmışdı. Mənə deməsəydilər ki, bu qardaşındı, onu tanımazdım. Çox tanınmaz vəziyyətə düşmüşdü. Anam, əmim, qohum-əqrabam hamısı orada rəhmətə getdi.


- Sizcə, Əlif Hacıyev torpaqlarımızın işğaldan azad olunma xəbərini eşitsəydi, hansı hisləri keçirərdi?


- Onun sevincinin həddi-hüdudu olmayacaqdı. 1990-ci ilin avqust ayı idi. Biz hamımız Xocalıda idik. Həmin vaxt Əlif Xocalı aeroportunun rəisi işləyirdi. Ermənilər general-mayor Dadaş Rzayevi əsir götürmüşdülər. Onu geri qaytarmırdılar. Əlif gecə ilə ermənilərin hərbçilərindən Əlmiryanı əsir götürdü. Onlara demişdi ki, biz sizin hamınızı götürə bilərik. Daha sonra sentyabr ayı idi. Həmin gün gecə evə gəlmədi. Bacımla biz çox narahat qaldıq. Həmin gün səhərə yaxın gəldi, harada olduğunu soruşduq, heç nə demədi. Səhər ermənilərin yaşadığı qonşu kənddən partlayış səsi gəldi. Tez yerindən qalxıb həyətə çıxdı və dedi ki, “babat partladı”.

Torpaqlarımızın geri qaytarılmasında Ali Baş Komandan İlham Əliyev və ordumuzun igid oğullarına minnətdaram.

1991-ci ildə mənim qızımın toyunda Əlif demişdi ki, “mən fəxr edirəm ki, azərbaycanlıyam”. Həmişə deyirdi ki, azərbaycanlı olmaq böyük şərəfdir.

Xocalıda rəhmətə gedənlərin hamısı qəhrəmandır. Çünki onlar əliyalın olublar. Onları qarlı qış gecəsində çıxarıblar. Ölən ölüb, qalan qalıb, əsir düşənlərdən də bu günə qədər heç bir məlumat yoxdur.


- Xocalıya qayıdarkən ilk hara getmək istəyərdiniz? Evinizin yerini xatırlayırsınızmı?


- Xocalıda ilk anamın qəbrini ziyarət etməyə gedərdim. Bildiyimə görə, Xocalını çox da dağıtmayıblar. Uşaqlar peyk görüntülüəri ilə izləyirlər. Evimiz qalıb. Atamın, qardaşımın evi qalıb. Düzdür, nə vəziyyətdə olduğunu deyə bilmərik. Lakin görünütüsü var ki, həmin evlər yerindədir.


- Evinizi bərpa edəcəksinizmi?

- Çox istəyərəm. Mən özüm Xankəndidə yaşayırdım. Oradan qovulandan sonra Bakıya gəldim. Bakıda yaşaya-yaşaya Xocalıda torpaq sahəsi götürdük ki, orada yenidən ev tikək, alınmadı. Arzumdur ki, orada ev tikdirək. 70 yaşım var. Mənim özümə qismət olmasa da, balalarıma qismət olar.


- Əlif Hacıyevin xatirəsinin əbədiləşdirilməsi üçün nə etmək olar?


- İstəyərdim ki, uğrunda canını fəda etdiyi  Xocalı aeroportuna onun adı verilsin. Çünki o, həmin torpaq uğrunda, həmin aeroporta görə nələr edib, onu bir Allah bilir. Burada onun adına gəmi, küçə var. Lakin mən istəyərdim, Xocalıda Əlif Hacıyevin adı əbədiləşdirilsin.



Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17 Əli Əsədov Erkan Özoralla görüşdü 14 Aprel 2021, 19:10 Ukraynanalı nazir Gəncəyə səfər edib - FOTOLAR 14 Aprel 2021, 19:03 Fransanın Qənimətlər parkı ilə bağlı açıqlamasına - XİN-dən CAVAB 14 Aprel 2021, 18:56 Lukaşenkonun Azərbaycana səfəri başa çatdı - FOTO 14 Aprel 2021, 18:49 Regionun inkişafı strateji prioritetdir 14 Aprel 2021, 18:42 Hesablama Palatası Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına öz töhfəsini verə bilər 14 Aprel 2021, 18:35 Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs 14 Aprel 2021, 18:28 “Ter-Petrosyan 2018-ci ildə mənə torpaqları qaytarmağı təklif etdi” - Paşinyan 14 Aprel 2021, 18:21 Paşinyandan ETİRAF: Şuşada çox sayda erməni polisi məhv olub 14 Aprel 2021, 18:14 100 nəfər prokurorluq orqanlarına işə qəbul olundu 14 Aprel 2021, 18:07 Təhsil Nazirliyi yeni elektron xidmət istifadəyə verdi 14 Aprel 2021, 18:00 Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını TAPŞIRDI 14 Aprel 2021, 17:55