Modern.az

“Vətən Müharibəsi dövründə də, sonra da proqramları monitorinq edirik” - MTRŞ

“Vətən Müharibəsi dövründə də, sonra da proqramları monitorinq edirik” - MTRŞ

Media

30 Dekabr 2020, 16:00

 Vətən Müharibəsi dövründə də, ondan sonrakı müddətdə də Milli Televiziya və Radio Şurası televiziya və radio yayımçılarının proqramlarını monitorinq edir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Şuranın Aparat rəhbəri Fazil Novruzov məlumat verib.

 

O qeyd edib ki, monitorinq nəticələri mütəmadi şəkildə Şurada müzakirə olunur:

“Hər hansı bir qanun pozuntusu olduqda yayımçıya qarşı sanksiya tətbiq olunur və bu haqda Şuranın rəsmi internet səhifəsində və digər media orqanlarında dərc olunur”.

 

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının rəsmi saytında 44 günlük müharibə dövründə, eləcə də bundan sonrakı mərhələdə hansısa televiziya və radio yayımçılarının pozuntulara yol verməsi, cəzalandırılması ilə bağlı heç bir məlumat yer almayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi