Arxiv
5 Yanvar 2021, 09:40 | PARLAMENT
Deputat: “Maxinasiyalarla məşğul olanlar Qarabağ layihələrinə yaxın buraxılmamalıdır” - MÜSAHİBƏ

Müsahibimiz Milli Məclisin deputatı Əziz Ələkbərlidir. Modern.az onun “Qarabağ Dirçəliş Fondu” ilə bağlı fikirlərini təqdim edir:

 

-  Dünən Azərbaycan Prezidenti “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman verdi və elə həmin gün də Fondun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalandı. Bu sənədlərə münasibətiniz.

 

- Biz 2020-ci il sentyabrın 27-dən bəri Azərbaycan tarixinin çox şərəfli və çox qürurverici bir dövrünü yaşayırıq. Əvvəl 44 gün ərzində torpaqlarımızın 30 illik  işğaldan azad edilməsi, ardınca da bu 30 ildə erməni vandalları tərəfindən yerlə-yeksan edilən həmin ərazilərin dirçəldilməsinə, bərpasına və məskunlaşmasına başlanılması haqda sənədlərin imzalanması... Hər iki məsələ Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Hamının yadındadır ki, cənab Prezident Şuşanın azad edilməsi müjdəsini Azərbaycan xalqına verərkən “Şuşa, biz qayıtmışıq!”, “Şuşa, biz səni dirçəldəcəyik!” – dedi və onda bu müraciət tək Şuşaya yox, işğaldan azad edilmiş bütün torpaqlarımıza idi. “Qarabağ Dirçəliş Fondu”nun yaradılması ilə bu dirçəlişə artıq rəsmi start verilmiş oldu.

 
- Belə bir müstəqil qurumun yaradılması gözlənilən idimi?

 
- Bəli, gözlənilən idi. Çünki bu, elə bir irimiqyaslı və çoxşaxəli layihədir ki, onu hər hansı bir nazirliyə həvalə etmək olmazdı. Bu prosesdə ən vacib məsələ görülən işlərin şəffaflığının, dövlət və xalq qarşısında hesabatlılığın təmin olunmasıdır. Necə ki, torpaqlarımızın işğaldan azad edilməsi bizim üçün namus və şərəf məsələsi idi, o torpaqların dirçəldilməsi də hər birimiz üçün namus və şərəf məsələsi olmalıdır. Amma təəssüf ki, xüsusilə son illərdə cənab Prezidentin apardığı kadr islahatları və korrupsiyaya qarşı mübarizə tədbirləri sübut elədi ki, hələ də müəyyən dövlət qurumlarında öz vəzifə məsuliyyətini dərk etməyən, korrupsiyaya bulaşmış ünsürlər var. Və təbii ki, belə ünsürlərin hər yerdə öz şəxsi maraqlarını ümummilli maraqlardan üstün tutacağı istisna deyil. Mən bunu xüsusilə uzun illər tikinti sektorunda çalışan və tender maxinasiyaları ilə məşğul olan, bu baxımdan xalqın etimadını itirmiş bir çox qurumlara, o qurumların rəhbərlərinə və tikinti şirkətlərinə aid edirəm. Heç kəsə sirr deyil ki, belə şirkətlərin əksəriyyəti bu və ya digər vəzifəli şəxsin adı ilə bağlıdır, hətta bəzən ailə üzvlərinin adına yaradılmışdır. Şəxsən mənim fikrimcə, ya belə şirkətlər - MMC-lər Qarabağın dirçəldilməsi layihələrinə yaxın buraxılmamalı, üstünlük indiyəqədərki tenderlərdə iştirak etməmiş yerli şirkətlərə və ya xarici şirkətlərə verilməli ya da bu şirkətlərin fəaliyyətinə ictimai nəzarət təmin olunmalıdır.

 
- Dünən eyni zamanda, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq olunduğu sərəncam imzalandı.


- Bəli, bu, böyük etimaddır. O tərkibdə xalq arasında ictimai nüfuza malik olan şəxsiyyətlərin, deputat həmkarlarımızın olması da çox ürəkaçandır. Ancaq məni ən çox məmnun edən iqtisadiyyat nazirinin bu siyahıya başçılıq etməsidir. Çünki son illərdə fəaliyyətinin şəffaflığı, effektivliyi və çevikliyi ilə bu nazirlik və onun rəhbərliyi dövlətin və xalqın böyük etimadını qazanmışdır. Əlbəttə, hələ işin başlanğıcındayıq və mən bütün tərkibə bu çox məsuliyyətli işlərində uğurlar arzu edirəm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusun yeni növü aşkar olundu 18 Yanvar 2021, 12:06 Qanunsuz ov edən şəxsdən iki tüfəng götürüldü 18 Yanvar 2021, 12:03 Spiker bu gün parlamentin komitə sədrləri ilə görüşəcək 18 Yanvar 2021, 12:00 Bakı Slavyan Universitetinin müəllimi koronavirusdan ölüb 18 Yanvar 2021, 11:58 Ermənistanda revanşist qüvvələr AKTİVLƏŞİB 18 Yanvar 2021, 11:56 Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb 18 Yanvar 2021, 11:53 Temperatur 10 dərəcə aşağı düşəcək, Bakıya qar yağacaq - XƏBƏRDARLIQ 18 Yanvar 2021, 11:51 Pensiyalar artırılacaq - Nazir müavini 18 Yanvar 2021, 11:50 Oqtay Şirəliyev əhalini vaksin vurdurmağa çağırdı  18 Yanvar 2021, 11:47 Koronavirus bu hadisədən sonra yayılıb - Alimlərdən açıqlama 18 Yanvar 2021, 11:42 Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin verilməsi BAŞLADI  18 Yanvar 2021, 11:38 Koronavirusa yoluxan Rəşid Mahmudov: “Yaxşıyam, lap dəf kimiyəm” 18 Yanvar 2021, 11:35 Uşaq bağçaları da açılır? 18 Yanvar 2021, 11:32 Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanı QORXUYA SALDI 18 Yanvar 2021, 11:27 Baş Prokurorluq insan alveri ilə bağlı videoçarx hazırladı 18 Yanvar 2021, 11:25 Südün tərkibi və bioloji xüsusiyyətləri - MƏQALƏ 18 Yanvar 2021, 11:22 Ağdamın Xıdırlı kəndi - VİDEO 18 Yanvar 2021, 11:18 İcra başçısı Şəhid məzarlarını ziyarət etdi - FOTO 18 Yanvar 2021, 11:13 Oqtay Şirəliyevə vaksin vuruldu - VİDEO 18 Yanvar 2021, 11:08 Qazax sakinindən silah və narkotik götürüldü - FOTOLAR 18 Yanvar 2021, 11:04 Vahid Əhmədov: “Möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar” 18 Yanvar 2021, 10:59 Vaksin vurduran şəxslərə COVID-19 pasportu VERİLƏCƏK 18 Yanvar 2021, 10:56 Cəbrayıl və Qubadlıda daha 3 erməni hərbçinin cəsədi TAPILDI 18 Yanvar 2021, 10:53 Nazirlik 20 Yanvarla bağlı müraciət etdi 18 Yanvar 2021, 10:49 Polietilen torbaların ishtehsalı və satışı bu tarixdən tam qadağan olunacaq   18 Yanvar 2021, 10:44 Şuşada beşmərtəbəli binada YANĞIN 18 Yanvar 2021, 10:38 Yol polisi vətəndaşalara müraciət etdi 18 Yanvar 2021, 10:33 Prokuror olmaq istəyənlərin nəzərinə 18 Yanvar 2021, 10:28 Postlardan 4 min maşın geri qaytarıldı 18 Yanvar 2021, 10:23 Müharibədən qayıdan jurnalist: “Mən də könüllü yazılmışdım, atam da...” - MÜSAHİBƏ 18 Yanvar 2021, 10:21 Bu ölkədə hərbçilər evdən xidmət aparacaq – MARAQLI 18 Yanvar 2021, 10:16 Daha bir tanınmış həkim vəfat - FOTO 18 Yanvar 2021, 10:10 Xəzan bilməyən fəsildir şair ömrü   18 Yanvar 2021, 10:05 Miqrasiya xidməti əcnəbilərə müraciət etdi 18 Yanvar 2021, 10:00 Qərb Navalnının saxlanılmasını pislədi – Yeni sanksiyalar hazırlanır 18 Yanvar 2021, 09:55