Arxiv
11 Yanvar 2021, 21:01 | HADİSƏ
Azərbaycan, Ermənistan və Rusiya arasında İşçi qrup YARADILIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları Bəyanata əsasən üç ölkənin rəsmiləri arasında İşçi qrupun yaradılması dəstəklənib.

 

Modern.az xəbər verir ki, bəyanata əsasən 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcək.

 

Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

 

İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusun yeni növü aşkar olundu 18 Yanvar 2021, 12:06 Qanunsuz ov edən şəxsdən iki tüfəng götürüldü 18 Yanvar 2021, 12:03 Spiker bu gün parlamentin komitə sədrləri ilə görüşəcək 18 Yanvar 2021, 12:00 Bakı Slavyan Universitetinin müəllimi koronavirusdan ölüb 18 Yanvar 2021, 11:58 Ermənistanda revanşist qüvvələr AKTİVLƏŞİB 18 Yanvar 2021, 11:56 Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb 18 Yanvar 2021, 11:53 Temperatur 10 dərəcə aşağı düşəcək, Bakıya qar yağacaq - XƏBƏRDARLIQ 18 Yanvar 2021, 11:51 Pensiyalar artırılacaq - Nazir müavini 18 Yanvar 2021, 11:50 Oqtay Şirəliyev əhalini vaksin vurdurmağa çağırdı  18 Yanvar 2021, 11:47 Koronavirus bu hadisədən sonra yayılıb - Alimlərdən açıqlama 18 Yanvar 2021, 11:42 Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin verilməsi BAŞLADI  18 Yanvar 2021, 11:38 Koronavirusa yoluxan Rəşid Mahmudov: “Yaxşıyam, lap dəf kimiyəm” 18 Yanvar 2021, 11:35 Uşaq bağçaları da açılır? 18 Yanvar 2021, 11:32 Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanı QORXUYA SALDI 18 Yanvar 2021, 11:27 Baş Prokurorluq insan alveri ilə bağlı videoçarx hazırladı 18 Yanvar 2021, 11:25 Südün tərkibi və bioloji xüsusiyyətləri - MƏQALƏ 18 Yanvar 2021, 11:22 Ağdamın Xıdırlı kəndi - VİDEO 18 Yanvar 2021, 11:18 İcra başçısı Şəhid məzarlarını ziyarət etdi - FOTO 18 Yanvar 2021, 11:13 Oqtay Şirəliyevə vaksin vuruldu - VİDEO 18 Yanvar 2021, 11:08 Qazax sakinindən silah və narkotik götürüldü - FOTOLAR 18 Yanvar 2021, 11:04 Vahid Əhmədov: “Möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar” 18 Yanvar 2021, 10:59 Vaksin vurduran şəxslərə COVID-19 pasportu VERİLƏCƏK 18 Yanvar 2021, 10:56 Cəbrayıl və Qubadlıda daha 3 erməni hərbçinin cəsədi TAPILDI 18 Yanvar 2021, 10:53 Nazirlik 20 Yanvarla bağlı müraciət etdi 18 Yanvar 2021, 10:49 Polietilen torbaların ishtehsalı və satışı bu tarixdən tam qadağan olunacaq   18 Yanvar 2021, 10:44 Şuşada beşmərtəbəli binada YANĞIN 18 Yanvar 2021, 10:38 Yol polisi vətəndaşalara müraciət etdi 18 Yanvar 2021, 10:33 Prokuror olmaq istəyənlərin nəzərinə 18 Yanvar 2021, 10:28 Postlardan 4 min maşın geri qaytarıldı 18 Yanvar 2021, 10:23 Müharibədən qayıdan jurnalist: “Mən də könüllü yazılmışdım, atam da...” - MÜSAHİBƏ 18 Yanvar 2021, 10:21 Bu ölkədə hərbçilər evdən xidmət aparacaq – MARAQLI 18 Yanvar 2021, 10:16 Daha bir tanınmış həkim vəfat - FOTO 18 Yanvar 2021, 10:10 Xəzan bilməyən fəsildir şair ömrü   18 Yanvar 2021, 10:05 Miqrasiya xidməti əcnəbilərə müraciət etdi 18 Yanvar 2021, 10:00 Qərb Navalnının saxlanılmasını pislədi – Yeni sanksiyalar hazırlanır 18 Yanvar 2021, 09:55