Arxiv
12 Yanvar 2021, 00:56 | ANALİTİKA
Rusiya niyə bütün diqqətini 9-cu maddəyə cəmləşdirib? - Moskva görüşünün ANALİZİ

“Yeni bəyanatdan görünür ki, Rusiya bu mərhələdə bütün diqqətini 10 noyabr 2020-ci il Bəyanatının 9-cu maddəsinin icrasına yönəldib”.

Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Şahin Cəfərli Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin yanvarın 11-də Moskvada imzaladıqları Bəyanatı analiz edərkən deyib.

“Bildiyiniz kimi, həmin maddədə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası nəzərdə tutulur. Şübhəsiz ki, bu, bizim üçün önəmli məsələdir. Bakıda öz avtomobilinə əyləşən vətəndaşlarımız Naxçıvana və əks istiqamətdə rahat gedib-gələ biləcək, İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutla - şose və dəmir yolu ilə Ermənistan ərazisindən göndəriləcək, Rusiyanın nəzarətində də olsa, Türkiyə ilə aramızda quru əlaqəsi və qarşılıqlı ticarət baxımından Gürcüstan yoluna nisbətən bir az qısa məsafəli marşrut yaranacaq və s...”, - Ş.Cəfərli əlavə edib.

Bununla yanaşı, siyasi şərhçi hazırkı mərhələdə Azərbaycanı narahat edən daha ciddi problemlər olduğunu da qeyd edib:

“Bu problemləri belə sıralamaq olar:

- Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin bərpası;

- Həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtması;

- Dağlıq Qarabadakı erməni silahlı dəstələrinin taleyi;

- Dağlıq Qarabağdakı oyuncaq rejimin və onun başçılarının taleyi;

- Rusiya sülhməramlılarının fəaliyyət sferası və mandatı ilə bağlı suallar;

- Ağdərə-Kəlbəcər yolunun açılması...

Belə görünür ki, bu məsələlər hələ ki müzakirə mövzusu deyil. Ola bilər ki, bu məqamlar sülh müqaviləsinin çözəcəyi problemlər olduğundan, onların müzakirəsi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılsın”.

Bəs Rusiya niyə bütün diqqətini 9-cu maddəyə cəmləşdirib?


Şahin Cəfərliyə görə, bunun 2 əsas səbəbi var:

“1. Moskva tezliklə Azərbaycan üzərindən Ermənistanla etibarlı, daimi quru və dəmir yolu əlaqəsi yaratmaq istəyir.


Hazırda Rusiya-Ermənistan qarşılıqlı ticarət əlaqələri əsasən Gürcüstan üzərindən, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsi vasitəsilə həyata keçirilir. Lakin qış aylarında Hərbi-Gürcüstan yolunda hərəkət çətinləşir, bəzən isə tam dayanır. Ona görə də, daha əlverişli alternativə ehtiyac var. Digər tərəfdən, Gürcüstan hökuməti öz ərazisi ilə Ermənistana hərbi yüklərin daşınmasına icazə vermir, yaxud nadir hallarda icazə verir. Faktiki olaraq, Ermənistandakı Rusiya hərbi bazaları nəqliyyat-logistika imkanlarından məhrum şəraitdə qalıb. Gürcülərin birmənalı strateji seçimi və avroatlantik inteqrasiya siyasəti aparması o deməkdir ki, Gürcüstan marşrutu istər ticarət əlaqələri, istərsə də hərbi yüklərin tranziti baxmından Rusiya üçün etibarlı və uzunmüddətli ola bilməz.


Azərbaycan ərazisi vasitəsilə Rusiya öz hərbi bazalarını blokada vəziyyətindən çıxaracaq və oranın təchizat-rotasiya işlərini ilin bütün fəsillərində rahat gerçəkləşdirə biləcək. (Təbii ki, Azərbaycanın razılığı ilə.)


Başqa bir problem budur ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir üzvü ilə quru əlaqəsinə malik deyil və vahid iqtisadi məkandan qopuq vəziyyətdə, bir növ onun anklavı kimi qalıb. Azərbaycan üzərindən qısa marşrut Ermənistanı Rusiyaya bağlayaraq bu problemi də həll etmiş olacaq.

2. Düşünürəm ki, kommunikasiyaların açılmasından, nəqliyyat əlaqələrinin bərpasından sonra Rusiya Azərbaycanın da Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirə bilər. Açıq sərhədlər və kommunikasiyalar bunun üçün yaxşı zəmin hazırlayır. Moskva tərəfindən belə bir təklif səslənərsə, Bakının buna yox deməsi elə də asan olmayacaq, çünki əks halda, Rusiya Qarabağda bizə problemlər yaratmaq imkanındadır. Avrasiya İttifaqına üzvlük bizi bu risklərdən xilas edə bilər.


Məncə, Rusiyanın bölgə ilə bağlı vizyonu belədir: keçmiş SSRİ zamanında olduğu kimi, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır, tərəflər sıx əməkdaşlığa başlayır, tədricən düşmənçiliklər unudulur, Qarabağdakı sülhməramlı kontingent Rusiya hərbi bazasına çevrilir, beləliklə, Rusiyanın himayəsində sülh və sabitlik bərqərar olur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 Azərbaycan və Polşa nazirləri görüşüb 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34 Məsud Aşina Türkiyədə beynəlxalq mükafata layiq görüldü 3 Dekabr 2021, 14:28 Məktəb direktoru karantinə alındı 3 Dekabr 2021, 14:23 Aşıq Ələsgər poeziyamızda şərəfli yer tutur 3 Dekabr 2021, 14:18 “Bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır” - Deputat 3 Dekabr 2021, 14:14 Nazirlə deputat ağac əkdilər   3 Dekabr 2021, 14:08 16 saylı cəzaçəkmə müəssisəsində 14 nəfər azadlığa çıxdı 3 Dekabr 2021, 14:03 Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib 3 Dekabr 2021, 14:00 Gələn ilin büdcəsinə bu dəyişikliklər edildi - SİYAHI 3 Dekabr 2021, 13:57 “AzerGold”un Müşahidə Şurasının iclası keçirilib 3 Dekabr 2021, 13:54 Amnistiya Vətən müharibəsinin 2 iştirakçısına şamil edilib   3 Dekabr 2021, 13:54 Bayramov-Mirzoyan görüşü bu gün baş tuta bilər 3 Dekabr 2021, 13:46 Brüssel masasına yatırılacaq ŞƏRTLƏR Sülhün detalları Soçidə həll edilib? 3 Dekabr 2021, 13:40 17 saylı cəzaçəkmə müəssisəsindən 49 məhkum buraxıldı 3 Dekabr 2021, 13:36 Bu gün həlak olan hərbçimiz: 35 yaşı vardı, subay idi… - FOTOLAR 3 Dekabr 2021, 13:32 Sərnişin avtobusun ödəniş terminalını sındırdı - VİDEO 3 Dekabr 2021, 13:28
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?