Modern.az

Yoluxanların sayı azaldı: daha 16 ölüm

Yoluxanların sayı azaldı: daha 16 ölüm

13 Yanvar 2021, 16:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 225820 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 212120 nəfər müalicə olunaraq sağalıb, 2957 nəfər vəfat edib, aktiv xəstə sayı 10743 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8052 hazırkı dövrədək isə 2287959 test aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı