Modern.az

Qobustanda vulkan püskürüb

Qobustanda vulkan püskürüb

Aktual

14 Yanvar 2021, 18:09

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələlərin tədqiqatı bürosu" nun məlumatına əsasən, yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a bildirilib ki, gün ərzində vulkanın püskürməsi 3 aktivləşdirmə dövrləri ilə xarakterizə olunub.

Qeyd olunub ki, yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,37×107 C), növbəti yerli vaxtla saat 17:53:59 (püskürmənin davamı 2 dəqiqə 18 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,29×107 C) və 17:58:17 (püskürmənin davamı 7 dəqiqə, dərinliyi h=2.0 km, enerjisi Е=0.30×107 C) baş verib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır