Modern.az

Yanvarın 18-də bu şəhər və rayonlarda karantin postları yığışdırılır - DYP

Yanvarın 18-də bu şəhər və rayonlarda karantin postları yığışdırılır - DYP

16 Yanvar 2021, 13:58

Yanvarın 18-dən etibarən 5 şəhər və 12 rayon, eləcə də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxilindəki karantin postları ləğv ediləcək.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

 

N.Piriyev qeyd edib ki, “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunduğundan postların fəaliyyətinə ehtiyac qalmır:

 

"Şəhər və rayonlar daxilində quraşdırılan karantin postları vətəndaşların evdən çıxmaq icazələrini yoxlamaq üçün qurulmuşdu. Bu icazələr ləğv olunduğundan yanvarın 18-dən etibarən karantin postları da fəaliyyətini dayandıracaq".

 

Onun sözlərinə görə, rayonlardan Bakı, Abşeron və Sumqayıta gəliş və gedişə məhdudiyyət 25 yanvaradək qüvvədə qaldığından Bakı-Quba yolu, Bakı-Şamaxı yolu və Bakı-Ələt avtomobil yollarındakı karantin postları isə fəaliyyətini davam etdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər