Modern.az

Azərbaycanın Latviyadakı səfirliyində yanğın olub?

Azərbaycanın Latviyadakı səfirliyində yanğın olub?

Aktual

16 Yanvar 2021, 18:09

"Yanvarın 14-də Azərbaycanın Latviyadakı səfirliyində yanğının baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil".

 

Modern.az xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, yanğın Riqa şəhərinin mərkəzində, Raina Bulvaris 2 ünvanında yerləşən, birinci mərtəbəsi səfirliyə məxsus olan binanın ikinci mərtəbəsindəki mənzildə baş verib.

 

Qeyd edilib ki, saat 17:30 radələrində başlayan yanğın lokal xarakterli olub və qısa zamanda söndürülüb. Səfirliyə heç bir zərər dəyməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı