Modern.az

Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi

Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi

17 Yanvar 2021, 09:45

Milli Məclisin deputatı Mahir Abbaszadə seçiciləri ilə onlayn qəbul keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə 100-ə yaxın seçici iştirak edib. Görüş zamanı Mahir Abbaszadə deputatı olduğu Laçın rayonunun sakinlərinin problemlərini dinləyib. Bəzi problemlər yerində həll olunub, bəzi problemlər isə yaxın vaxtlarda həll olunması üçün aidiyyatı qurumlara göndərilib.

 

Eyni zamanda, Laçından olan keçmiş məcburi köçkünlər torpaqların işğaldan azad olunması məsələsinə də toxunublar.

 

Onlar yekdilliklə öz doğma torpaqlarına qayıdacaqlarını bildiriblər. 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan ərazilərin işğaldan azad edilməsini böyük sevgilə qarşıladıqlarını deyən seçicilər Ali Baş Komandana və müzəffər Azərbaycan ordusuna daima təşəkkür etdiklərini vurğulayıblar.

 

Deputat Mahir Abbaszadə çıxışı zamanı hər bir seçicisinə təşəkkür edərək qısa zamanda Laçında bir araya gəlmək arzusunda olduğunu bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı