Modern.az

ABŞ-dan İrana növbəti \"əzələ nümayişi\" - Bu dəfə havada

ABŞ-dan İrana növbəti \

17 Yanvar 2021, 17:29

Bu gün yanvarın 17-də Amerikanın iki B-52 strateji bombardmançısı İsrailin üzərindən uçub və Fars körfəzinə istiqamət alıb.

 

Modern.az xəbər verir ki, bu haqda İsrailin “Ynet” portalı bildirir.

 

Nəşrin məlumatına görə son bir həftə ərzində artıq beşinci dəfədir ki, Birləşmiş Ştatlar Fars körfəzi regionuna B-52 bombardmançılarını göndərir.

 

Bundan əvvəl Pentaqon açıqlamışdı ki, regiona strateji bombardmançıların göndərilməsi ABŞ-ın İranı Yaxın Şərq regionundakı Amerika hədəflərinə mümkün hücumlardan çəkindirmək məqsədi daşıyır. 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır