Modern.az

Rayonlara qar, Bakıya sulu qar yağdı - FAKTİKİ HAVA

Rayonlara qar, Bakıya sulu qar yağdı - FAKTİKİ HAVA

Aktual

19 Yanvar 2021, 20:15

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 19-u saat 19:00-a olan məlumatına əsasən Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

 

Bu barədə Modenr.az-a xidmətdən məlumat verilib.

 

Qeyd edilib ki, Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!