Modern.az

“Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz

“Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz

21 Yanvar 2021, 16:12

“Əmək bazarına  xüsusi diqqət edilməlidir. Elə sahələr var ki, orada işçi qüvvəsi çoxdur, lakin elələri var ki, orada işçi qüvvəsi çatışmır. Universitetlər yeni sahəyə keçid edən insanları mütəxəssis kimi yetişdirə  bilmir”

 

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov  Təhsil Nazirliyi yanında İctimai  Şura və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  virtual müzakirədə çıxışı zamanı bildirib.

 

O, son illərdə təhsil müəssisələrində müəllimlərin sayının artmasından da danışdı:

 

“Universitet müəllimlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Müəllimlik kütləvi peşəyə çevrilib. Bunda müasir reytinqlərin rolu böyük oldu. Belə olduqda müəllim vahid bilik mənbəyi funksiyasını da itirdi. Bu qədər müəllimə ehtiyac yoxdur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!