Modern.az

ABŞ hərbi gəmisi Qara dənizə daxil oldu

ABŞ hərbi gəmisi Qara dənizə daxil oldu

Dünya

23 Yanvar 2021, 22:36

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus mina və raket daşıyan 4-cü nəsil silahlanmaya məxsus “Donald Kuk” (Donald Cook DDG-75) hərbi gəmisi Qara dənizə daxil olub.

 

Modern.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Qara dəniz Donanması ABŞ gəmisinin hərəkətlərini izləyir.

 

Xatırladaq ki, Donald Kuk (DDG-75) hərbi gəmisinin əsas silahı 2500 kilometr uçuş qabiliyyətli, nüvə başlığı daşıya bilən qanadlı raketlərdir. Döyüş qabiliyyətindən və vəziyyətdən asılı olaraq gəmiyə 56 və ya 96 belə raket yerləşdirmək mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub