Modern.az

Sabahın havası: bir yandan duman,  o biri yandan külək

Sabahın havası: bir yandan duman,  o biri yandan külək

24 Yanvar 2021, 12:05

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 25-də  Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 1- 4 dərəcə isti, gündüz 7-9, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

 

Yanvarın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 1-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır