Modern.az

Türkiyədə 80 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı

Türkiyədə 80 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı

Aktual

25 Yanvar 2021, 15:30

Türkiyədə 80 yaşından yuxarı vətəndaşların COVID-19 əleyhinə peyvəndlənməsinə başlanılır.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca özünü Twitter hesabında bildirib.

 

Nazir qeyd edib ki, Elmi Komitənin tövsiyəsi ilə hazırlanan proqram çərçivəsində bu gündən etibarən 80 yaşdan yuxarı vətəndaşlarımızı peyvəndləməyə başlayırıq.

 

Kocanın sözlərinə görə, 80 yaşdan yuxarı vətəndaşlar səhiyyə müəssisələrində peyvənd olunacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır