Arxiv
26 Yanvar 2021, 14:44 | AKTUAL
Çingiz Qənizadədən polis əməkdaşları haqqında çəkilən videoya REAKSİYA

"Sosial şəbəkələrdə bir qrup polis əməkdaşının karantin rejimini pozub, məclis təşkil etməkləri ilə bağlı görüntülər yayılıb. Eyni zamanda  Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama verdi. Bu tədbir Quba rayon sakinlərinin 2019-cu ilin dekabrında pandemiyadan əvvəl Xaçmazda restoranların birində keçirdikləri tədbir zamanı çəkilmiş videodur. Həmin şəxslərin polis əməkdaşları olmaları ilə bağlı iddialarının əsassız olduğunu Daxili İşlər Nazirliyi bəyan edib. ".

 

Bu fikirləri Modern.az-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib:

 

“Qeyd etmək istəyirəm ki, son dövrdə cəmiyyətimizdə və ölkədə müəyyən qruplar var ki, onlar nə olur olsun Azərbaycan polisinə, Azərbaycan Hüquq Mühafizə Orqanlarına böhtan atmaqla məşğuldurlar. Yalan məlumatları sosial şəbəkələrdə yaymaqla, bu qurumların həm fəaliyyətinə, həm də şəxsi heyətinin nüfuzuna xələl gətirməyə çalışırlar. Yayılan görüntülərdən görünür ki, həmin vətəndaşlar mülki formadadılar və  polis əməkdaşları deyillər. Əgər polis əməkdaşları olsaydılar belə, iş vaxtından sonra, istirahət vaxtlarında məclis qurmaq, şənlənmək hüququndan məhrum edə bilməz. Bu Konstitusiya ilə onlara verilmiş hüquqlardır. Görüntüdə də görünür ki, onlar rəsmi formada yox, mülki formadadırlar. Ola bilsin ki, hansısa bir vətəndaşın ad gününü və yaxud özəl bir günü qeyd edirlər”.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, bu "çəkiliş" orada iştirak edən şəxslərdən birinin üzərinə yönəlməklə daha çox onu göstərir:

 

"Ən çox ona zərbə vurmaq niyyəti daşıyan hansısa fərdin hərəkətidir. Bu yanaşma, konkret bir şəxsin görüntüsünün çəkilməsi və bu şəxsin polis əməkdaşı olması kimi qərəzli fikirləri həm ümumi polis əməkdaşlarına, həm də tək bir şəxsə yönələn qərəzli hərəkətin nəticəsidir. Amma, dəfələrlə qeyd etmişəm ki, pandemiya dövründə Azərbaycan polisinin çəkdiyi zəhmətlər və onların küçədə, yağışda, soyuqda bizim tibbi təhlükəsizliyimizi qoruması üçün atdığı addımlar, ictimai asayişin qorunması sahəsindəki xidmətləri danılmazdır. Bu gün ölkəmizdəki siyasi sabitliyin bərqərar olması, Cənab prezidentimizin apardığı siyasi kursun nəticəsi ilə yanaşı bunu reallaşdıran polis orqanlarının xüsusi əməyi var”.

 

Ç.Qənizadə bildirdi ki, gəlin birlikdə polis əməkdaşlarını və hüquq mühafizə orqanlarını onlara atılan şər, böhtanlardan qoruyaq:

 

“İstər polis, istərsə də hüquq mühafizə orqanlarına bu cür yanaşmanı qətiyyətlə pisləyirik. İstirahət vaxtı hər bir vətəndaş Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş istirahət hüququndan istifadə edərək məclis təşkil edə və əylənə bilər. Buna görə kiminsə cəzalandırılmasına ümid edənlər hesab edirəm ki, arzularına çatmayacaqlar. Gəlin, birlikdə Azərbaycanın bugünkü sabitliyini qorumaq naminə onlara atılan şər, böhtanların qarşısını alaq və bu cür çirkin əməllərdən çəkinək”.

 

Fidan İLQARQIZI

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan koronavirusla bağlı qadağaların ləğvindən danışdı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36