Modern.az

Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək...

Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək...

Aktual

26 Yanvar 2021, 17:25

Qaradağ rayonu ərazisində yerləşən “Puta” hərbi şəhərciyinin hərbçi sakinlərinin nəqliyyat xidmətdindən daha rahat istifadəsi üçün 127 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, müntəzəm xəttin istismarı “BakuBus” MMC tərəfindən həyata keçiriləcək:

 

“Bununla da “Puta” hərbi şəhərciyinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olununacaq.

Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək”.

Rəsmi məlumata görə, marşrut xətti 27 yanvar 2021-ci ildən fəaliyyətə başlayacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır