Modern.az

Məktəb avtobusu qəzaya düşdü - xəsarət alanlar var

Məktəb avtobusu qəzaya düşdü - xəsarət alanlar var

27 Yanvar 2021, 08:31

Yaponiyanın şimalında məktəb avtobusunun iştirakı ilə qəza baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Kyodo agentliyi xəbər verib.

 

Hokkaydo prefekturası polisindən verilən məlumata görə, hadisə Memuro adlı kiçik şəhərciyində baş verib. İbtidai və orta məktəb şagirdlərini daşıyan avtobusu aşıb. Ən azı 11 nəfər xəstəxanaya yerləşdirilib.

 

Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır