Modern.az

Koçaryanın ETİRAFLARI: “Zəngəzuru Rusiyanın himayəsində olduğumuz üçün itirmədik”

Koçaryanın ETİRAFLARI: “Zəngəzuru Rusiyanın himayəsində olduğumuz üçün itirmədik”

28 Yanvar 2021, 10:05

Ermənistanın eks-prezidenti Robert Koçaryan parlament seçkilərinə qatılacaq.

 

Modern.az xəbər verir ki, o bu barədə ötən gün verdiyi geniş müsahibə zamanı söyləyib.


“Əgər növbədənkənar seçkilər keçirilsə, iştirak etməyimiz düzgün olar. Seçkilərdə komandamla iştirak edəcəm və qalib gələcəm”-deyə Koçaryan söyləyib.

 

O, Ermənistan dövlətçiliyindən əsər-əlamət qalmadığını da deyib.


“Rusiya sülhməramlıları azərbaycanlılar və ermənilər arasında toqquşmaların qarşısını almaq üçün gəlmişdilər. Bu gün onlar təkcə bu funksiyanı deyil, həm də Qarabağın təhlükəsizlik təminatçısı rolunu oynayır. Bu o deməkdir ki, bizim dövlətçiliyimizin təkcə qalıqları qalıb”.

 

Eks-prezident Zəngəzur barədə də danışıb.

“Zəngəzuru yalnız Rusiyanın himayəsi altında olduğumuz üçün itirmədik. Amma bu həmişə belə deyildi. 90-cı illərdə erməni ordusu regionda ən yüksək döyüş qabiliyyətinə malik ordu idi və Moskva ilə müttəfiqlik səviyyəsində idik. Amma bu gün o qədər zəifləmişik ki, istənilən qonşu ölkə bizi işğal edə bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi