Modern.az

“Qarabağ müharibəsi ilə bağlı 1000-dən çox cinayət işi başlanıb” - Paşinyan

“Qarabağ müharibəsi ilə bağlı 1000-dən çox cinayət işi başlanıb” - Paşinyan

10 Fevral 2021, 21:07

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı 44 günlük müharibənin səbəbləri və şərtləri ilə əlaqəli faktları toplamaq üçün komissiya yaradılması ilə bağlı sualı cavablandırıb.

 

Modern.az erməni KİV-nə istinadla xəbər verir ki, komissiyanın yaradılması təşəbbüsü "Parlaq Ermənistan" partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan tərəfindən irəli sürülüb.

 

Paşinyan isə bildirib ki, Marukyan bu mövzunu müzakirə etmək üçün dəvət olunub, ancaq gəlməyib.

Onun sözlərinə görə, hazırda Qarabağ müharibəsi ilə bağlı bu və ya digər şəkildə 1000-dən çox cinayət işi başlanıb. Paşinyan, həmçinin əlavə edib ki, müharibə ilə bağlı bütün həqiqətlərin bilinməli olduğu ilə razılaşır, amma artıq bir çox şərtlər müzakirə edilib.

 

Baş nazir bununla belə təklifi nəzərdən keçirəcəyini deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir