Modern.az

Bu gündən “Öküz ili” başladı - “Güclü və haqlı olanlar qalib gələcək” - Astroloq

Bu gündən “Öküz ili” başladı - “Güclü və haqlı olanlar qalib gələcək” - Astroloq

12 Fevral 2021, 15:18

Bu gün - 12 fevral 20121-ci il tarixində Çin təqvimi ilə “Öküz ili” başlayıb. “Öküz ili” 25 yanvar 2022-ci ildə bitəcək.


Tanınmış azərbaycanlı astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli Modern.az saytına açıqlamasında deyib ki, geridə qoyduğumuz “Siçan il”i dünyaya həmişə ziyan vuran, qıtlıq, insanların münasibətlərinin soyuması ili kimi yadda qalıb:


““Qoyun ili”, “At ili” bərəkət, “Pələng ili” və “Xoruz ili”nə isə siyasət, müharibə ili deyirlər. “At il”inə də müharibə ili deyirlər. Hamısı min illərdir ki, təcrübədən keçib, əsrlər öncədən gələn inanclardır. Pandemiya olmasa belə, “Siçan il”i belə bir təəssürat yaratdı”.


S.Rəhimlinin sözlərinə görə, Çin qoroskopunda belə bir mövqe sərgiliyirlər ki, siçanın dağıtdığını adətən öküz toplayır:


““Öküz ili”nə müharibəsiz illər demək olar. “Öküz ili” quruculuq dövrü olacaq. Dünyada iqtisadi böhranlar, siyasi çəkişmələr də olub, lakin müharibələr olmayıb. Tarixi xronologiyaya baxıb, illəri təhlil edəndə görürük ki, “Öküz ili”ndə müharibələr o qədər də olmayıb”.



Astroloqun fikrincə, hər ilin insanlara öz tövsiyəsi, tendensiyası olur:

““Siçan il”ində belə idi ki, əlinizdə olan mövqeni qoruyun, yetər. Yəni əlində maliyyən, mülkün, nüfuzun, şöhrətin, vəzifən varsa, onu qoru. “Öküz il”inin tendensiyası odur ki, haqlı olmaq azdır, həm də gərək güclü olasan. Yəni güclü və haqlı olanlar qalib gələcək”.


Nəzrin Vahid

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi