Modern.az

Somalidə terror aktı: ölən və yaralananlar var

Somalidə terror aktı: ölən və yaralananlar var

Dünya

21 Fevral 2021, 16:49

Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış nəticəsində azı iki nəfər həlak olub.

 

Bu barədə Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

 

Yerli polisin məlumatına görə, əldəqayırma partlayıcı qurğu şəhərin ən böyük yoxlama-buraxılış məntəqəsinin yaxınlığında işə düşüb, iki nəfər həlak olub, yaralılar var. Terrorçuların hədəfi paytaxt məmurlarından biri olub.

 

Somalinin “Goobjoog News” xəbər portalı isə partlayış nəticəsində hökumət məmurunun həlak olduğunu, daha üç nəfərin yaralandığını bildirib. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

 

 
 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar