Modern.az

“Baharın on yeddi anı” filmindən tanıdığımız “Rabitəçi Ket” öldü

“Baharın on yeddi anı” filmindən tanıdığımız “Rabitəçi Ket” öldü

Mədəni̇yyət

22 Fevral 2021, 17:28

Rusiyanın məşhur “Baharın on yeddi anı" serialında çəkilmiş aktrisa Yekatrina Qradova bu gün 75 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 “Baharın on yeddi anı" filmində "Rabitəçi Ket" rolu aktrisaya təkcə sovet məkanında deyil, onun sərhədlərindən kənarda da şöhrət gətirmişdi.  

Teatr və kinoda saysız rollarda oynamasına baxmayaraq, Yekatrina Qradova haqqında Rusiya mətbuatında yazılan məqalələrdə "Ştirlisin rabitəçisi"nin ölümünü yerli teatr və kino sənəti üçün böyük itki adlandırıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı