Modern.az

Türkiyədə müxalifət Suriyanı müdafiə edir

Türkiyədə müxalifət Suriyanı müdafiə edir

Təhsil

28 Avqust 2012, 11:18

Türkiyə müxalifətinin əsas simalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu Suriyadakı acınacaqlı durumla bağlı baş nazir Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib.  Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlər Türkiyə müxalifəti baş verən xoşagəlməz olayların aradan qaldırılması üçün Suriyanın müdafiəsinə qalxıb.

CHP başqanı Suriyadakı ağır vəziyyətin Türkiyəyə mənfi təsir göstərdiyini bildirərək bu ölkədə baş verən vətəndaş müharibəsinin region ölkələrinə, eləcə də Türkiyəyə  keçmə ehtimalının olduğunu bəyan edib.

Məktubda Kılıçdaroğlu Suriyadakı vəziyyətin aradan qaldırılması üçün hazırladığı təkliflər planını Ərdoğana təqdim edib. Suriyanın parçalanma müddətinə girdiyini müdafiə edən Kılıçdaroğlu Türkiyənin, Suriyanın çökməsinə, xalqının daha çox acı çəkməsinə, böhranın ölkə xaricinə daşınmasına icazə verməməsinin lazım olduğunu ifadə edib.

CHP başqanı təklifin Türkiyə üçün yeni bir başlanğıc oladuğunu ifadə edərək  Suriyada sülh, sabitliyin bərpa olunaması istiqamətində mühüm olacağını bildirib.

Müzakirələrin atəşkəs, humanitar yardım axışı, ölkədən qaçanların dönüşünə bağlı şərtlər, yeni konstitusiya və seçki qanunlarının yaradılmasını da əhatə edən mövzularda razılaşma sağlanıncaya qədər davam etdirilməsi lazım olduğunu ifadə edən Kılıçdaroğlu  son mərhələ olaraq BMT Təhlükəsizlik Şurasının  təsdiqiylə beynəlxalq sülh gücü yaradılmasını təklif edib.

 

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir