Modern.az

Bakıda yollar buz bağlayıb, Xəzərdə dalğa 5 metrə çatır 

Bakıda yollar buz bağlayıb, Xəzərdə dalğa 5 metrə çatır 

Hadisə

24 Fevral 2021, 09:00

Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən xəbər verdiyi kimi, fevralın 23-ü axşam saatlarından başlayaraq, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.

 

Modern.az xəbər verir ki, paytaxt Bakıda güclü küləklə müşayiət edilən qar yollarda buzlaşmaya səbəb olub. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bakı-Sumqayıt yolu, Bakı daxili qəsəbələrarası yollar tamamilə buz bağlayıb. Gecədən yollara səpilən qum da problemi həll etmir, çünki qar yağmaqda davam edir.

 

Son məlumata görə, qərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23, Hacıqabul 20, Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17, Tərtər, Ağdam, Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19, Sumqayıt, Qum adasında 18, Neft daşlarında 21 m/s- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi