Arxiv
24 Fevral 2021, 12:05 | PARLAMENT
Qarın yaratdığı PROBLEMLƏR - Deputatlar bölgələrdən xəbərdardımı?..

Fevralın 23-ü axşam saatlarından başlayaraq ölkə ərazisinə güclü qar yağıb. Milli Hidrometeorologiya Xidmətinin öncədən proqnozlaşdırdığı kimi, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasına hazırda qar yağır.

Bakı və Abşeron ərazisinə yağan qar ilk növbədə yolları iflic vəziyyətə salıb.

Bəs hazırda bölgələrdə vəziyyət necədir?


Modern.az
bir neçə deputatla əlaqə saxlayaraq, bölgələrdəki vəziyyəti öyrənməyə çalışıb.

78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov bildirib ki, elektrik enerjisinin verilməsində fasilə yaransa da, aradan qaldırılıb:


"Rayon rəhbərliyi ilə əlaqə saxlayıram. Dünən Lerikdə günəşli hava hökm sürürdü. Günortadan sonra hava kəskin dəyişdi. Lənkəran-Lerik yolu, eləcə də kəndlərə gedən yol açıqdır. Hər hansı problem yarandıqca, aidiyyatı qurumlar həll etməyə çalışır".


70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Məşhur Məmmədov deyib ki, paytaxta nisbətən bölgədə qar o qədər də problem yaratmayıb:

"Mütəmadi olaraq rayon rəhbərliyi, seçicilərlə əlaqə saxlayıram. Seçicilər problem varsa, dərhal bildirir. Mən də rayon rəhbərliyi və aidiyyatı qurumlarla yaranmış problemi aradan qaldırmağa çalışırıq. Bəzən elektrik enerjisinin verilməsində problemlər olur. O da qısa müddətdə həll edilir. Eyni zamanda, qarın yağmasının təsərrüfata da faydası var. Çaylarda, göllərdə suyun səviyyəsi qalxır".

103 saylı Gədəbəy seçki dairəsinin deputatı  Sevinc Hüseynovanın sözlərinə görə, Gədəbəyə bir neçə gündür qar yağır:


"Hazırda da qarlı-şaxtalı hava şəraiti davam edir. Amma yollar bağlı deyil. Gediş-gəlişdə problem yoxdur. Elektrik enerjisində problem yaranan kimi həll edilməsinə çalışırıq".


53 saylı Quba-Qusar seçki dairəsinin deputatı Anatoli Rafaelov bir neçə gün öncə Quba-Qusardan qayıtdığını deyib:

 

"Bilirsiniz ki, Quba və Qusar dağlıq rayonlardır. Orada qışda qar çox yağır. İnsanlar şəhər camaatından fərqli olaraq qarlı-şaxtalı havaya alışıb. Təbii ki, qarlı havanın öz problemləri olur. Mən də deputat olaraq yaranmış problemləri rayon rəhbərliyi ilə aradan qaldırmağa çalışırıq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP Hüseynbala Mirələmovun məsələsini müzakirə edir 23 Aprel 2021, 15:08 Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:06 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 “Ümid edirik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək” 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42 Nazirlikdən hava XƏBƏRDARLIĞI 23 Aprel 2021, 12:37 Sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb - Nazir 23 Aprel 2021, 12:32 Ronaldu maaşının azaldılmasına razıdır - "Mançester Yunayted"ə keçidi üçün 23 Aprel 2021, 12:28