Modern.az

Bu ölkədə turizmin dirçəldilməsinə 11 milyard yardım ayrıldı

Bu ölkədə turizmin dirçəldilməsinə 11 milyard yardım ayrıldı

Aktual

25 Fevral 2021, 01:10

İspaniyanın baş naziri Pedro Sançez Konqresdə turizm sektorunda çalışan şirkətlər, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan 11 milyard avro məbləğində yeni yardım proqramını elan edib.

 

Modern.az xəbər verir ki, məqsəd COVID-19 pandemiyası dövründə böyük zərər çəkmiş turizm sektorunda çalışan şirkətlərin ödəmə qabiliyyətini artırmaq, həm də onların fəaliyyətini tam gücü ilə bərpa etməyə kömək etməkdir.

 

İspaniya hökuməti iqtisadiyyatı bərpa etmək məqsədilə pandemiyadan ən çox zərər çəkmiş sektorlara dəstək tədbirləri üçün artıq ÜDM-in 20 faizini ayırıb. Bu vəsait pandemiya dövründə məşğulluğun müvəqqəti tənzimlənməsi istiqamətində hökumət tərəfindən irəli sürülmüş tədbirlərin həyata keçirilməsinə yönəldilib.

 

Krallığın iqtisadiyyatının bərpa edilməsinin ümidverici amili koronavirusa qarşı peyvənd olunmaqdır. Daha sonra Aİ-nin Brüssel sammitində razılaşdırılmış Avropa iqtisadiyyatının bərpası fondundan İspaniyaya 140 milyard avro ayrılması prosesi sürətləndiriləcək. Pedro Sançesin sözlərinə görə, bərpa planı keyfiyyətli, davamlı və uzunmüddətli məşğulluq yaratmaq üçün daha ədalətli, daha ekoloji, daha rəqəmsal İspaniyanı nəzərdə tutur.

 

Onun hesablamalarına görə, yaxın illərdə İspaniyada 850 min iş yeri açılacaq.

 

Pandemiyanın dördüncü dalğasından qorunmağı qarşısında məqsəd qoyan İspaniya hökumətinin başçısı, 9 May tarixinədək həyəcan vəziyyətinin saxlanmasını zəruri sayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü