Arxiv
25 Fevral 2021, 10:20 | AKTUAL
Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim edilib

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü və təşkilatçılığı ilə Xocalının 29-cu ildonümü ərəfəsində Kiyevin "Jovten" kinoteatrında Xocalı soyqırımından bəhs edən "Sonsiz dəhliz" sənədli filmi təqdim edilib.

Tədbirdə filmin rejissor və prodüseri Aleksandr Brokas, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, Ukrayna Radasının deputatları Lyudmila Marçenko, Vladimir Kreydenko, Maryan Zablotski, Alyona Şkrum, Ukrayna Dövlət Kosmos Agentliyinin sədr əvəzi Mixail Lev, Ukrayna müsəlmanları dini idarəsinin sədri Şeyx Səid İsmayılov, Ukrayna Prezidentinin Krım Muxtar Respublikasındakı daimi nümayəndəsi Anton Korineviç, "Ukrpoçt" Aksioner Cəmiyyətinin Müşahidə Şurasının sədr müavini Fərid Səfərov, UAR-ın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov, UAR-ın baş katibi Cəlal Hüseynov və başqa şəxslər iştirak ediblər.

Ümumilikdə 100 nəfərə yaxın tamaşaçının iştirak etdiyi film təqdimatı Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb. Tədbirdə UAR-ın baş katibi Cəlal Hüseynov və filmin rejissoru Aleksandr Brokas çıxış ediblər. Natiqlər bildiriblər ki, 29 il öncə Azərbaycanın Qarabağ bölgəsində Xocalı şəhərini zəbt edən erməni silahlı birləşmələri etnik azərbaycanlılara qarşı insanlığa sığmayan dəhşətli soyqırımı törədiblər. "Sonsuz dəhliz" filmində də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum etməsindən və dinc sakinləri kütləvi şəkildə qətlə yetirməsindən bəhs olunur. Film süjetlərdən və litvalı jurnalist Riçard Lapaitisin Xocalı faciəsinin şahidlərindən aldığı müsahibələrdən ibarətdir.

A.Brokas əlavə edib ki, sənədli ekran əsəri üzərində iş 2009-cu ildə başlayıb. Filmin ərsəyə gəlməsinə 5 il sərf olunub və həmin müddət ərzində təxminən 150 saatlıq hərbi xronika işlənib. "Filmi çəkərkən bizə elə gəlirdi ki, Xocalı faciəsi artıq üzərindən keçilməsi mümkün olmayan həddir. Lakin son 10 ilin tarixi göstərdi ki, təəssüf ki, bəşəriyyət bu xətti dəfələrlə keçib" - deyə rejissor vurğulayıb. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İraqda şəhid verdi 15 Aprel 2021, 01:00 Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi 15 Aprel 2021, 00:54 NATO qoşunları Əfqanıstandan çıxarılır 15 Aprel 2021, 00:50 ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi 15 Aprel 2021, 00:45 Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı 15 Aprel 2021, 00:38 Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17