Arxiv
25 Fevral 2021, 11:18 | ƏDƏBİYYAT
İnsanın həyatını dəyişən KƏLAMLAR

Dostlar, zamanların, insanların elə müdrik kəlamları var ki, bizim həyatımızı dəyişməyə, düzgün istiqamətə yönəltməyə, hətta səhvlərimizi düzəltməyə qadirdir. Mən də bu barədə danışmaq istəyirəm. Tarixi ardıcıllığı gözləmək niyyətindəyəm...

Mənə ən çox təsir edən, gündəlik həyatımda bir “yol göstərici”yə çevrilən kəlamlardan biri, bəlkə də birincisi eramızdan əvvəl yaşamış, məşhur Çin filosofu (oxu: Peygəmbəri) Konfutsiyə aiddir. Konfutsi deyir ki, “Aşağıdan axan çaylar böyük olur”. Əslində doğrudan da, belədir, yuxarıdan axan dağ çayları qışqıra-qışqıra, coşa-coşa axır, bəzən heç  gedib düzə çatmır. Aşağılarda, düzənlərdə isə çaylar səssiz, lal axır, bütün sular, çaylar da onlara qarışır. Aşağıdan axan çaylar daha da böyüyür, amma səsini çıxarmır, sakitcə axır, dənizə qədər gedib çatır.

Təbii ki, bu, məsələnin görünən tərəfidir. Böyük filosof çaylardan yox, insanlardan danışmaq istəyir. Bizə deyir ki, insan nə qədər sadə, təvözəkar olarsa, nə qədər aşağıdan axarsa, bir o qədər böyük olar. Ətrafında dostlar, qohumlar, yaxınlar da çox olar...

Mənə çox güclü təsir edən, həyatımı dəyişən ikinci kəlamın müəllifi Həzrəti İsa Peyğəmbərdir. Peyğəmbər buyurur ki, “Yaxşıdan yaxşını axtarmaq lazım deyil”. Əslində sadə görünən bu kəlamın arxasında dağ boyda məna dayanır, odur ki, əsrlərin, minillikləri aşır, gəlib bizə çatır. Həzrət bizə yoxun dalınca qaçmamağı, vara qane olmağı, şükürlə yaşamağı tövsiyə edir. Bizim müasir dillə desək, sənin köhnə “Nissan Sanni”n varsa, “Jeep” sürənlərə həsrətlə baxma, onların dalınca qaçma, “Jiquli”si olanlara bax, rahat yaşa...

Və nəhayət, bütün zamanların, insanların və kəlamların kəlamı sayılacaq 3-cü kəlam... Həzrəti Məhəmməd Peyğəmbər buyurur ki, “İnsanın böyüklüyü onun bağışladığı günahların böyüklüyü ilə ölçülür”. Düşünürəm ki, burda heç bir şərhə rhtiyac yoxdur. Sadəcə olaraq, demək istəyirəm ki, böyük olmağa çalışaq, günahları bağışlamağı bacaraq. Onda yaşamaq da, ölmək də asan olar...


Qalib ARİF

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya AVRO-2020-dən imtina etdi 22 Aprel 2021, 01:00 Saxta koronavirus peyvəndləri aşkarlandı 22 Aprel 2021, 00:53 36 yaşlı Yakub Kulqanek Çexiyanın xarici işlər naziri təyin edildi 22 Aprel 2021, 00:47 Milli Məclisin bitərəf deputatları TOPLAŞIR 22 Aprel 2021, 00:34 Gimnastımız Avropa Çempionatının finalına çıxdı 22 Aprel 2021, 00:23 Moskvada "Navalnıya azadlıq" aksiyası 22 Aprel 2021, 00:06 Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür 21 Aprel 2021, 23:54 Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 21 Aprel 2021, 23:39 Goranboyda azyaşlını it dişlədi 21 Aprel 2021, 23:22 Bakıda sökülməkdə olan evlərdə yanğın 21 Aprel 2021, 23:07 Paşinyanın evinin qarşısında aksiya - VİDEO 21 Aprel 2021, 22:59 "Qarabağ" "Sumqayıt"la sülh bağladı - Azərbaycan Kuboku 21 Aprel 2021, 22:48 Dünyanı dünyanın başına YIXACAQ(MI?) 21 Aprel 2021, 22:41 Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO 21 Aprel 2021, 22:37 Paytaxtda gənc qızı maşın vurdu 21 Aprel 2021, 22:33 Mariya Stadnik Avropa çempionatının finalında - FOTO 21 Aprel 2021, 22:22 "Real"ın futbolçusu koronavirusa yoluxdu 21 Aprel 2021, 22:10 Göygöldə qadın sirkə turşusu içib zəhərləndi 21 Aprel 2021, 21:55 BMT baş katibi Zelenski ilə danışdı 21 Aprel 2021, 21:41 Türkiyədə koronavirusla bağlı vəziyyət daha da pisləşdi 21 Aprel 2021, 21:23 Paşinyanın kortejini saxlayanlar cəzalandırılacaq 21 Aprel 2021, 21:08 Kürdə xilas edilən şəxs daha sonra qollarını doğradı 21 Aprel 2021, 20:55 Çempionlar Liqasının kuboku İstanbula gətirildi 21 Aprel 2021, 20:41 Çində peyvənd olunanların sayı açıqlandı 21 Aprel 2021, 20:29 Avrokomissardan Azərbaycan və Ermənistana çağırış: "Münaqişə bitib, barışmaq vaxtı çatıb" 21 Aprel 2021, 20:15 Sabirabadda 22 yaşlı hamilə qadın xəstəxanada öldü 21 Aprel 2021, 20:04 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 21 Aprel 2021, 19:10 Millimizə "Kasımpaşa"dan oyunçu çağırılıb 21 Aprel 2021, 19:02 Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb 21 Aprel 2021, 18:55 MSK-nın tərkibi yenidən formalaşdırılır - Namizədlər kimlər olacaq? 21 Aprel 2021, 18:48 Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə rəhbərliyi ilə məşğələ keçirilib - VİDEO 21 Aprel 2021, 18:40 Lukaşenko sabah Putinlə görüşəcək 21 Aprel 2021, 18:32 “Gilan”a məxsus obyektdə qanunsuzluqlar AŞKARLANDI 21 Aprel 2021, 18:25 Rusiya 10 amerikalı diplomatı ölkədən qovur 21 Aprel 2021, 18:17 Səfərbərlik Xidmətindən şəhid statusunun verilməməsi ilə bağlı iddialara CAVAB 21 Aprel 2021, 18:08