Arxiv
25 Fevral 2021, 11:42 | DİASPOR
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniyada yaşayan həmyerlimiz Şəfiqə Robertsin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma!" mövzusunda videokonfransı keçirilib.

 

Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli, Xocalı rayonunun icra başçısı Şahmar Usubov, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin əməkdaşı Hüseyn Hüseynov, "Şəhid ailələri, əlillər və müharibə veteranlarının hüquqlarının müdafiəsi" ictimai birliyinin Şirvan şəhər şöbəsinin sədri Arzu İbrahimov, publisist Kifayət Əhməd qızı, həkim Adil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Rada Yusifzadə, şəhid Anar Novruzovun oğlu, Gənclik Platformasının sədri Fariz Vəliyev, Qızıl Aypara Cəmiyyətinin Şirvan şəhər bölməsinin sədri Ülviyyə Balayeva və başqaları iştirak ediblər.

 

Tədbirin moderatoru Şəfiqə Roberts 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə məlumat verib daha sonra giriş sözü ilə
Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli çıxış edib. Qeyd edib ki, erməni silahlı birləşmələrinin 366-cı motoatıçı alayın hərbçiləri ilə birlikdə dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyət tarixinin ən qəddar cinayətlərindən biridir. 

 

Xocalı sakini D.Ağayeva əsir qaldığı günlərdə erməni faşistlərinin onun və digər sakinlərin başlarına gətirdikləri dəhşətli hadisələrdən danışıb, ömrünün sonuna qədər bu həqiqətləri bütün dünyaya bəyan edəcəyini və ədalətin bərpa olunması üçün əlindən gələni edəcəyini bildirib. O, müəllifi olduğu, ingilis dilində dərc edilmiş "Erməni əsirliyində 8 gün" kitabı haqqında tədbir iştirakçılarına məlumat verib və həmin dəhşətləri yaşayan xocalıları öz xatirələrini qələmə almağa çağırıb. Müəllif bildirib ki, onu bu acı hekayətlərlə dolu kitabı yazmağa vadar edən işğalçı Ermənistan tərəfindən törədilən dəhşətli cinayətləri dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü bütün dünyada ifşa etmək istəyi, eyni zamanda gələcək nəsillərin o günləri unutmamasına çağırışdır.

 

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, milli və dini mənsubiyyətinə görə törədilmiş Xocalı soyqırımı ədalətin iflasıdır. Bu cür cinayətlərin bir daha baş verməməsi üçün yüksək səslə "Xocalıya ədalət!" tələb olunmalı, erməni cəlladları Beynəlxalq hərbi tribunal tərəfindən cəzalandırılmalıdır.

 

Videokonfrans litvalı rejissor Andreas Brokasın "Sonsuz dəhliz" sənədli filminin nümayişi ilə yekunlaşıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynadada ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDI 21 Aprel 2021, 12:17 Daha bir marşrutda ödəniş “BakıKart”la olacaq 21 Aprel 2021, 12:11 FHN əməliyyat görüntüləri yaydı - 2 meyit aşkar edilib - VİDEO 21 Aprel 2021, 12:04 Vaqif Qəhrəmanovun cərrahlıq “odisseyası” - FOTOLAR 21 Aprel 2021, 11:58 Rusiya “əsir məsələsi”ndə Ermənistanı DƏSTƏKLƏMƏDI 21 Aprel 2021, 11:52 Prokurorluq həkim səhlənkarlığı ilə bağlı araşdırma aparır 21 Aprel 2021, 11:46 Dövlət başçısının məsuliyyəti ilə populistin yanaşması fərqli məfhumlardır -MÜSAHİBƏ 21 Aprel 2021, 11:40 Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub 21 Aprel 2021, 11:34 Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsdilər - VİDEO 21 Aprel 2021, 11:28 Ən amansız müharibə cinayətləri Azərbaycana qarşı törədilib 21 Aprel 2021, 11:22 Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28