Modern.az

ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden

ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden

27 Fevral 2021, 01:28

Vaşinqton Rusiyanı Ukrayna ərazisindəki "aqressiv hərəkətlərə" görə məsuliyyətə cəlb etmək üçün çalışmağa davam edəcək.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.

 

"Biz Rusiyanı Ukraynada zorakılıq və təcavüzə görə məsuliyyətə cəlb etmək üçün işləməyə davam edəcəyik", - deyə Baydenin Krımın Rusiyaya birləşdirilməsinin yeddi illik ildönümünə həsr olunmuş bəyanatında bildirilir.

 

O qeyd edib ki, ABŞ yarımadanın güman edilən ilhaqını heç zaman tanımayacaq:

 

"Rusiya Krımı işğal edərək beynəlxalq hüququ, qonşusu Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir