Modern.az

Avropanın müxtəlif məscidlərində Xocalı qurbanlarının xatirəsinə dualar oxunub

Avropanın müxtəlif məscidlərində Xocalı qurbanlarının xatirəsinə dualar oxunub

27 Fevral 2021, 13:51

Bütün dünyada Xocalı soyqırımı qurbanlarının anım tədbirləri davam edir.

Modern.az xəbər verir ki, həmvətənlərimiz Almaniyanın Helzenkirxen, Köln, Berlin və digər şəhərlərində fəaliyyət göstərən məscidlərə gedərək Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

 

Tədbirlərdə Xocalı soyqırımı haqqında məlumat verilib və 1992-ci ilin 26 fevral tarixində erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki insanlara qarşı törədilmiş vəhşiliklər pislənilib, insanlığa qarşı cinayət adlandırlıb.  

Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən həmvətənlərimiz faciə qurbanlarının ruhuna dualar oxuyub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!