Modern.az

Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi

Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi

Aktual

28 Fevral 2021, 17:19

Eks prezident Mixail Saakaşvili, Kutaisi şəhərində Namaxvani SES-in tikintisinə etiraz edənlərlə həmrəy olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, o bu barədə şəxsi sosial şəbəkə hesabında video çıxış edib. Saakaşvili çıxışında, Gürcüstan üçün təbiəti qorumaq, iqlimi yaxşılaşdırmaq, turizmi inkişaf etdirmək üçün daha yüksək prioritet olduğunu bildirib:

 

“Namaxvaninin inşasına qarşı etiraz edən bütün insanlara, mitinqin bütün təşkilatçılarına tam həmrəyliyimi bildirirəm. Məsələ ondadır ki, müasir iqtisadiyyat tamamilə fərqli bir şəkildə qurulmalıdır, əslində bu gün Gürcüstan üçün təbiəti qurtarmaq, iqlimi yaxşılaşdırmaq, turizmi inkişaf etdirmək, onu Türkiyəyə və ya hər hansı bir ucuz enerji tədarükçüsünə verməkdən daha üstün bir prioritetdir.

 

Məsələn, bir vaxtlar Martvili Kanyonu ərazisində bir su elektrik stansiyası var idi. Gəldiyimdə orada turizm potensialını gördüm və hidroelektrik stansiyanı ləğv etdim. İndi hər il oraya 350.000 turist gəlir. Bunlar SES-dən daha üstündür. Turizim özü insanlara iş şəraiti yaradır və insanlar başqa ölkələrə işləmək üçün üz tutmurlar. Bu, sadəcə anlamalı olduğunuz böyük bir xəzinədir. Bundan başqa bir çox başqa enerji istehsalı vasitələri də mövcuddur, bunlar külək enerjisi, günəş enerjisi və başqa bir çox enerji vasitələrini saymaq olar".

 

Saakaşvili Namaxvani SES-in inşasında Bidzina İvanişvilinin bir başa iştirak etdiyini də iddia edib:

 

"Namaxvaniyə gəlincə, hansı insanın marağına uyğun olaraq orada SES-in inşasını bilirik, İvanişvilinin marağı olmadan Gürcüstanda heç bir SES tikilə bilməz. Mən buna tam əminəm", - deyə Saakaşvili bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır