Arxiv
1 mart 2021, 18:00 | AKTUAL
Bircildlik və çoxcildlik Azərbaycan tarixi yazılacaq

AMEA Tarix institutunun Elmi Şurasının iclası keçirilib.

 

İnstitutdan Modern.az-a verilən xəbərə görə, İnstitutun baş direktoru, professor Kərim Şükürov Tarix institutunun perspektiv inkişaf planlarından bəhs edib. u planlarda dünyada tarix sahəsində baş verən yeni elmi istiqamətlərin nəzərə alınması və Azərbaycan tarixinin öyrənilməsinin aktual məsələləri əks olunub. 

 

Tarix institutunda əsas hədəflərdən biri kimi Azərbaycan tarixinin öyrənilməsinin müasir vəziyyətini əks etdirən bircildliyin hazırlanması mühüm yer tutacaq. Qeyd etmək lazımdır ki, AMEA Tarix institutunda son dəfə belə bir kitab 1993-cü ildə nəşr edilib. Həmin kitab da xronoloji cəhətdən 1920-ci ilədək olan dövrü əhatə edirdi. Ölkədə yeni, Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən bircildlik sosial tələbə çevrilmişdir. Elmi Şuranın qərarına əsasən, şöbələr tərəfindən ayrı-ayrı fəsillər təqdim edildikcə Tarix institutunun saytında nəşr ediləcək və geniş müzakirə olunmasına şərait yaradılacaq. 

 

Elmi Şurada bircildlik ilə eyni zamanda, çoxcildlik Azərbaycan tarixinin yazılması sahəsində də tədbirlər planı qəbul edildi. Tarix institutu qarşısında duran ən mühüm məsələlərdən biri də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 illiyi və Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinə dair fundamental əsərlər hazırlanması ilə əlaqədardır. 

 

2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi nəzərə alınaraq, ″Nizami dövrü Azərbaycan tarixi″ mövzusunda elmi konfrans keçirilməsi də qərara alındı. Elmi şurada Azərbaycan tarixinə dair videoresursların hazırlanması və Youtube video-hostinqində nümayişlərinin təşkili də diqqət mərkəzində oldu. Şöbələr tərəfindən Azərbaycan tarixində mühüm rol oynamış hadisələr və görkəmli tarixi şəxsiyyətlərin yubileylərini əks etdirən təqvim hazırlanması və institutun saytında bu barədə məqalələr nəşr edilməsi də gündəlikdə xüsusi yer tutdu. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Twitter”in işində nasazlıq yaranıb 23 Aprel 2021, 15:22 YAP MSK üzvlüyünə namizədlərini təsdiqlədi - SİYAHI 23 Aprel 2021, 15:17 Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI 23 Aprel 2021, 15:11 Siyavuş Novruzovdan “Mirələmovun videosu”na görə xəbərdarlıq 23 Aprel 2021, 15:10 YAP Hüseynbala Mirələmovun məsələsini müzakirə edir 23 Aprel 2021, 15:08 Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:06 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 Azərbaycandan ABŞ administrasiyasına MESAJ 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46