Arxiv
1 mart 2021, 18:22 | AKTUAL
"Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr…

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin təşkilatçılığı ilə "Xocalı faciəsi xaricilərin gözü ilə" mövzusunda videokonfrans keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədr müavini Nərgiz Pənahlının moderatorluğu ilə aparılan tədbirdə "Azərbaycanın gənc dostları" klubunun üzvü, Estoniya Maritime  Akademiyasının tələbəsi İrina Kovzanoviç, siyasi analitik və tarixçi Patrik Volş, ictimai hüquq üzrə fəlsəfə doktoru Yusuf Siyret Aktan, Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Qayser Navab, amerikalı gənc fəal Met Qarnet iştirak ediblər.

 

Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə  moderator Nərgiz Pənahlı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı alayın hərbçilərinin köməyi ilə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli kütləvi qırğın törətməsi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Q.Navab, P.Volş, İ.Kovzanoviç, Y.S.Aktan və M.Qarnet Xocalı faciəsinə görə xalqımıza dərin hüznlə başsağlığı ifadə ediblər, bu acını xalqımızla birlikdə hiss etdiklərini, "Xocalıya ədalət" tələbini dəstəklədiklərini, bu cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab vermələrinin vacibliyini bildiriblər.

 

"Xocalı soyqırımı haqqında Çingiz Mustafayevin çəkdiyi videolara baxmışam. O görüntülər inanılmaz dərəcədə dəhşətli idi. Bu həqiqətən də soyqırım idi, çünki 613 nəfər insan qəddarcasına qətlə yetirilmişdi və onların hər biri etnik azərbaycanlılar idi. Bu, insanların unutmalı olduğu bir hadisə deyil. Bu haqda məktəblərdə və hər yerdə danışılmalıdır", - deyə M.Qarnet vurğulayıb.

 

 Qeyd edilib ki, Zori Balayanın Xocalı soyqırımı ilə bağlı etirafı dünyanı narahat etməlidir, cünki qəddar əməlləri vətənpərvərliklə əlaqələndirmək pataloji haldır. Ermənistanın indiyədək Xocalı soyqırımı ilə bağlı qanuni məsuliyyəti qəbul etməməsi və dünya birliyinin buna susması tənqid edilib. Bildirilib ki, Ermənistana bu məsuliyyəti qəbul etdirmək üçün Birləşmiş Millətlər Təşkilatı və siyasətçilər hərəkətə keçməlidirlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
YAP MSK üzvlüyünə namizədlərini təsdiqlədi - SİYAHI 23 Aprel 2021, 15:17 Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI 23 Aprel 2021, 15:11 Siyavuş Novruzovdan “Mirələmovun videosu”na görə xəbərdarlıq 23 Aprel 2021, 15:10 YAP Hüseynbala Mirələmovun məsələsini müzakirə edir 23 Aprel 2021, 15:08 Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:06 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 Azərbaycandan ABŞ administrasiyasına MESAJ 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42