Modern.az

Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS

Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS

Dünya

1 Mart 2021, 19:37

Ermənistan baş naziri Nikol Paşinyan Respublika meydanına mitinqdə çıxış edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, oktyabrda ölkədə yeni referendum keçiriləcəyini anons edib.

Referendum ölkəni yenidən prezident respublikası formasına qaytarmaq üçün təşkil olunacaq.

 

Hökumət rəhbəri müxalifətin müvafiq memorandum imzalayacağı təqdirdə növbədənkənar seçkilərə getməyə hazır olduğunu da əlavə edib.

"Gəlin seçkiyə gedək və baxaq, xalq kiminlədir"-deyə o söyləyib.

 

Xatırladaq ki, Serj Sarkisyanın hakimiyyəti zamanı referendum yolu ilə Ermənistan parlament formasına keçmiçdi.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır