Arxiv
1 mart 2021, 22:15 | AKTUAL
Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı

Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin bəzi ölkələrin qeyri-səmimi davranışlarının COVID-19 virusuna qarşı peyvəndlərin dünyada ədalətsiz bölgüsünə gətirib çıxarması, COVAX təşəbbüsü üzrə vaksin paylanmasındakı gecikmələr, istehsalçı və distribüter şirkətlərin sifarişçilər qarşısındakı öhdəliklərini yerinə yetirməməsi barədə dediyi sözlər Çin KİV-lərinin xəbərlərində əksini tapıb.

 

Çin mediası dövlətimizin başçısının bu bəlaya qarşı birgə mübarizə barədə həmrəylik bəyanatlarına baxmayaraq, praktikada tamamilə əks vəziyyət göründüyü, bəzi ölkələrin onlara lazım olandan 3-4 dəfə çox vaksin alması fikrini vurğulayaraq, digərlərinin vaksinsiz qala biləcəyini yazır.

 

“Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının vaksinlərin bölgüsü üzrə COVAX təşəbbüsünə lap əvvəldən qoşulub. Bu təşəbbüs üzrə Azərbaycanın almalı olduğu “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndləri hələ də ölkəyə daxil olmayıb”, - deyə Çin mediası yazır.

 

Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərinə də yer veriblər.

 

Qeyd olunub ki, Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya yanvarın 18-də başlayıb. Vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur.

 

Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb - Gallery Image    
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54 Navalnı aclıq aksiyasını dayandırdı 23 Aprel 2021, 16:48 Səhiyyə nazirinin səlahiyyətləri bu şəxsə həvalə olundu 23 Aprel 2021, 16:43 Son sutkada peyvənd olunanların sayı AÇIQLANDI 23 Aprel 2021, 16:38 Oqtay Şirəliyev nazir vəzifəsindən azad edildi   23 Aprel 2021, 16:33 Yoluxma azaldı, sağalanların sayı artdı - 33 nəfər öldü 23 Aprel 2021, 16:28 Həkimlərin maaşına əlavənin verilmə müddəti uzadıldı 23 Aprel 2021, 16:22 Ermənilər öz basdırdıqları minaya düşürlər 23 Aprel 2021, 16:17 Polis Şəmkirdə toy məclisinə basqın etdi - FOTO 23 Aprel 2021, 16:11