Modern.az

OPEC+ hasilatla bağlı razılaşa bilmədi

OPEC+ hasilatla bağlı razılaşa bilmədi

Aktual

3 Mart 2021, 20:39

OPEС+ Monitorinq Komitəsinin nazirlər səviyyəsində növbəti iclasında aprel ayında neft hasilatının həcminə dair hökumətlərə hər hansı tövsiyələr qəbul olunmayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, OPEC-dəki mənbələrin dediyinə görə, yekdil qərarın verilmədiyi iclasda Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman öz təklifini martın 4-də keçiriləcək nazirlərin görüşü zamanı açıqlaya biləcəyini bildirib.

 

Qeyd edək ki, martın 4-də OPEC+ formatının iştirakçısı olan 23 ölkənin nazirləri arasında keçiriləcək görüş zamanı aprel ayında neft hasilatının həcminə dair qərarların veriləcəyi gözlənilir. Bu cür qərarlar adətən 8 ölkənin nümayəndələrinin təmsil olunduğu Monitorinq Komitəsinin tövsiyələri əsasında çıxarılsa da, nazirlər arasında ziddiyyətlər yarandığı zaman həmin qərar ümumi görüşdə aparılan danışıqlarda verilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi